Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

rəsmi [rəsmi] sifət ərəb

1. Hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. □ Rəsmi sənəd. Rəsmi şəxs. Rəsmi danışıq.

2. Zərf kimi: hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. □ ..Gərək hökumətin rəsmi icazəsini alaq. (B.Bayramov).

3. Hökumət sənədlərinə xas olan. □ Rəsmi dil. Rəsmi terminologiya.

4. Bütün qaydaları, rəsmiyyəti gözləyərək. □ Əvvəlcə soyuq halda başlanan, rəsmi şəkil alan söhbət get-gedə qızışdı və otağın istiliyinə qarışdı. (Ə.Vəliyev).

5. Zərf kimi: bütün qaydaları, rəsmiyyəti gözləyərək. □ Rəsmi dəvət etmək. Rəsmi icazə almaq.

6. Məcazi mənada: soyuq, lakin nəzakətli; soyuqqanlı. □ Rəsmi ton.

7. Zərf kimi məcazi mənada: soyuq, lakin nəzakətli; soyuqqanlı. □ Rəsmi dildə danışmaq.

See also:

jurnalistika: rəsmi çıxışlar jurnalistika: rəsmi məlumatlar jurnalistika: rəsmi statistika məlumatları Azərbaycan dilinin izahlı lüğəti