1. Hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. □ Rəsmi sənəd. Rəsmi şəxs. Rəsmi danışıq.
2. Zərf kimi: hökumət, müdiriyyət, vəzifəli şəxs tərəfindən və ya adından olan. □ ..Gərək hökumətin rəsmi icazəsini alaq. (B.Bayramov).
3. Hökumət sənədlərinə xas olan. □ Rəsmi dil. Rəsmi terminologiya.
4. Bütün qaydaları, rəsmiyyəti gözləyərək. □ Əvvəlcə soyuq halda başlanan, rəsmi şəkil alan söhbət get-gedə qızışdı və otağın istiliyinə qarışdı. (Ə.Vəliyev).
5. Zərf kimi: bütün qaydaları, rəsmiyyəti gözləyərək. □ Rəsmi dəvət etmək. Rəsmi icazə almaq.
6. Məcazi mənada: soyuq, lakin nəzakətli; soyuqqanlı. □ Rəsmi ton.
7. Zərf kimi məcazi mənada: soyuq, lakin nəzakətli; soyuqqanlı. □ Rəsmi dildə danışmaq.
Həmçinin bax: