Fiziki cisimlərdə, mühitdə suyun miqdarının göstəricisi.
R. faizlə ölçülür və hər hansı cisimdə (mühitdə) suyun çəkisinin (həcminin) həmin cismin (mühitin) ümumi çəkisinə (həcminə) nisbəti ilə hesablanır; məsələn, torpağın R. səviyyəsini aşkar etmək üçün onu müəyyən temperaturda qurutduqdan sonra alınmış çəkisini əvvəlki çəkisinə bölürlər. R. ölçmək üçün həmçinin hiqrometr adlanan cihazdan istifadə olunur. R. cisimlərin və mühitin fiziki xassələrini dəyişməyə qadir olan mühüm keyfiyyət göstəricilərindən biridir; məsələn, yüksək R. deformasiyaya, relyef dəyişikliklərinə, canlı orqanizmlərdə xəstəliklərə səbəb ola bilər.
See also:
Coğrafiya terminləri lüğəti