Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sərraf ərəb

1. Pul dəyişdirən, pul xırdalayan.

2. Qiymətli şeylər taciri.

3. Məcazi mənada: tez başa düşən, arif, bilici.

Sərrafın dəstində nə danə gördüm,

Mürğün dəhanında nə danə gördüm,

                                                        (“Əmrah”)

Heyranam qaşa, gözə,

O sərraf kamala, gəlin.

Səni görən kimsənə

Tez gələr zavala, gəlin.

                       (“Mahmud-Niyar xanım”)

Qırmızı geyib əmr elədi ki, Musaxan vəzir və sərraflar sabah meydana çıxsınlar, onlara ənam verəcəyəm. (“Heydər bəy”)

Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları saf-çürük eləyər.

                                                           (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

Azərbaycan dastanlarının leksikası