1. Pul dəyişdirən, pul xırdalayan.
2. Qiymətli şeylər taciri.
3. Məcazi mənada: tez başa düşən, arif, bilici.
Sərrafın dəstində nə danə gördüm,
Mürğün dəhanında nə danə gördüm,
(“Əmrah”)
Heyranam qaşa, gözə,
O sərraf kamala, gəlin.
Səni görən kimsənə
Tez gələr zavala, gəlin.
(“Mahmud-Niyar xanım”)
Qırmızı geyib əmr elədi ki, Musaxan vəzir və sərraflar sabah meydana çıxsınlar, onlara ənam verəcəyəm. (“Heydər bəy”)
Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları saf-çürük eləyər.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası