yun. symbiosis – birgə həyat
1. Müxtəlif elm, sənət sahələrinə, kommunikasiya sistemlərinə xas olan ifadə vasitələrinin, texnologiyaların bir fəaliyyət növündə, yaxud eyni əsərdə birləşdirilməsi.
Kommunikasiyada S. ideyası müxtəlif növ KİV arasında rəqabətin kompromis həllinə, texniki vasitələrdən, janr və materiallardan istifadə sahəsində qarşılıqlı bəhrələnməyə imkan yaradan geniş konsepsiyadır; məsələn, KİV-in keçirdiyi ekspert sorğuları, ekzit pollar – jurnalistika ilə sosiologiyanın, internet TV isə internet və televiziya texnologiyalarının S.-u kimi qəbul olunur.
2. Müxtəlif sahələrdə çalışan yaradıcı şəxslərin birgə fəaliyyəti və bu fəaliyyətin məhsulu.
S. fərdlərin birgə yaradıcılıq fəaliyyətinin elə bir formasıdır ki, bu zaman onlar qarşılıqlı surətdə bir-birindən yararlanır, bir-birini tamamlayırlar.
Jurnalistika terminləri lüğəti