Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

simbioz

yun. symbiosis – birgə həyat

1. Müxtəlif elm, sənət sahələrinə, kommunikasiya sistemlərinə xas olan ifadə va­si­tələrinin, texnologiyaların bir fəaliyyət növündə, yaxud eyni əsərdə birləş­diril­­məsi.

Kommunikasiyada S. ideyası müxtəlif növ KİV arasında rəqabətin kompromis həllinə, texniki vasitələrdən, janr və materiallardan istifadə sahəsində qar­şılıqlı ­bəh­­rələnməyə imkan yaradan geniş kon­sepsiyadır; məsələn, KİV-in keçirdiyi ekspert sorğuları, ekzit pollar – jurnalistika ilə sosiologiyanın, internet TV isə internet və televiziya texnologiyalarının S.-u kimi qəbul olunur.

2. Müxtəlif sahələrdə çalışan yaradıcı şəxslərin birgə fəaliyyəti və bu fəaliyyətin məhsulu.

S. fərdlərin birgə yaradıcılıq fəaliyyətinin elə bir formasıdır ki, bu zaman onlar qarşılıqlı surətdə bir-­bi­rindən yararlanır, bir-birini tamam­la­yır­lar. 

Jurnalistika terminləri lüğəti