lat. Fauna – meşə və çəmənlər ilahəsi
Şirin sulu yerüstü və yeraltı su hövzələrində yaşayan heyvanlar.
Ş.S.F.-na ibtidailər, kirpikli qurdlar (turbellarilər), qastrotriklər, rotatorilər, nematodlar, qılqurdkimilər, azqıllı qurdlar, zəlilər, qarınayaqlı və ikiqapaqlı molyusklar, müxtəlif xərçənglər, gənələr, gümüşü hörümçək, su cücüləri və balıqlar daxildir. Onların bəzi nümayəndələri istiliyi 40-50°C olan termal sularda yaşaya bilir.
Coğrafiya terminləri lüğəti