Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

sirokko

ital. scirocco < ər. şərq sözündən

Aralıq dənizi hövzəsində, əsasən, Cənubi Avropada və Şimali Afrika sahillərində müşahidə edilən isti, quru və tozlu cənub-şərq küləyi.

Adətən, iki-üç gün əsir, günortadan sonra güclənir, gecə zəifləyir. S. özü ilə tropik hava gətirir.

Coğrafiya terminləri lüğəti