ing. spam – Spiced HAM – “ədviyyatlı donuz əti” ticarət markasının adından yaranmış abreviatura
İnternetdə kütləvi şəkildə yayımlanan, istifadəçinin razılığı olmadan, adətən, onun elektron poçtuna göndərilən reklam xarakterli məlumatlar.
S. termini II Dünya müharibəsindən sonra Amerikada həddən artıq geniş reklam olunan SPAM (Spiced HAM) ət konservlərinin adından götürülüb. 1980-ci illərdə Usenet kompüter şəbəkəsində maliyyə piramidalarının kütləvi şəkildə reklamları yayıldıqda istifadəçilər onları donuz konservlərinin reklamları ilə müqayisə etmişdilər. Beləliklə, S. abreviaturası yeni məna qazanmışdı.
Jurnalistika terminləri lüğəti