Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

spam

ing. spam – Spiced HAM – “əd­viyyatlı donuz əti” ticarət markasının adından ya­ranmış abreviatura

İnter­netdə küt­ləvi şəkildə yayımlanan, isti­fadəçinin razılığı ­olmadan, adətən, onun elektron poçtuna göndərilən reklam xarakterli məlu­mat­lar.

S. termini II Dün­ya müharibə­sin­dən sonra Amerikada həddən artıq geniş reklam olunan SPAM (Spiced HAM) ət konservlərinin adından götürülüb. 1980-ci illərdə Usenet kompüter şəbə­kə­sində maliyyə pira­mida­la­rının kütləvi şə­kildə reklamları yayıl­dıqda istifadəçilər onları donuz konservlərinin reklamları ilə müqayisə etmişdilər. Belə­liklə, S. abreviaturası yeni məna qazan­mışdı.

Jurnalistika terminləri lüğəti