Suyu mənbəyindən götürüb sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğular.
Bu sistemə suqəbuledici qurğu, ana kanal, daimi paylayıcı kanallar, müvəqqəti kanallar, suvarma şəbəkəsi, hidrotexniki qurğular daxildir. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün bir çox hallarda S.S. qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla əvəzlənir.
Coğrafiya terminləri lüğəti