Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

torpağın morfologiyası

yun. morphe – forma + yun. logos – elm, təlim

Torpağın xarici əlamətlərinin məcmusu.

Bu əlamətlər torpağın mənşəyi, inkişaf prosesi, fiziki və kimyəvi xassələri haqqında məlumatların daşıyıcısıdır. T.M., əsasən, çöl tədqiqatları zamanı onun təbii profili üzərində öyrənilir. Torpaqların əsas morfoloji əlamətləri onların quruluşundan, rəngindən, strukturundan, sıxlığından, möhtəviyyatından, yenitörəmələrindən ibarətdir.

Coğrafiya terminləri lüğəti