Torpağın məhsulvermə, o cümlədən bitkiləri mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə qabiliyyəti.
T.M. iki cürdür: təbii (potensial) və süni (effektiv). Təbii münbitlik ancaq torpaqəmələgətirən amillərin qarşılıqlı təsirindən, torpaqdakı humus və çürüntülərin miqdarından asılı olur. Süni münbitliyi texniki və kimyəvi təsir üsulları ilə insan yaradır. Süni və təbii münbitlik bir-biri ilə sıx bağlıdır.
Coğrafiya terminləri lüğəti