ing. troll – balıq tutmaq üçün qarmağa bağlanan süni tələ
İnternetdə qalmaqal yaratmaq məqsədilə yayılan təxribat xarakterli yazılar, habelə belə yazıların çox zaman kimliyini bildirməyən müəllifləri.
T.-lar sosial şəbəkələrdə, forumlarda, konfranslarda, çatlarda, əsasən, saxta adlar altında, yaxud anonim fəaliyyət göstərir, bəzən beynəlxalq münasibətlərə zərbə vura biləcək qədər ciddi fəsadlar törədirlər. Terminin mənşəyi və «internet təxribatçısı» anlamında ilk dəfə nə vaxt işlədildiyi barədə müxtəlif fərziyyələr mövcuddur. Skandinaviya mifologiyasında T.-lar dağlarda, meşələrdə yaşayan nəhəng və qəddar varlıqlardır. İngilis dilində isə balıq tutmaq üçün qarmağa bağlanan süni tələyə T. deyilir. Oksford lüğətlərində terminin internet slenqində 1992-ci ildə yarandığı qeyd olunur.
See also:
Jurnalistika terminləri lüğəti