Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

troll

ing. troll – balıq tutmaq üçün qarma­ğa bağlanan süni tələ

İnternetdə  qalma­qal yaratmaq məqsədilə yayılan təx­­ribat ­xa­rakterli yazılar, habelə belə ya­zıların çox za­man kimliyini bildirməyən müəllifləri.

T.-lar sosial şəbəkələrdə, forumlarda, konfranslarda, çatlarda, əsasən, saxta ad­lar altında, yaxud anonim fəa­liyyət gös­tə­rir, bəzən beynəlxalq müna­sibətlərə zər­bə vura biləcək qədər ciddi fəsadlar törə­­dirlər. Terminin mənşəyi və «internet təx­ribatçısı» anlamında ilk dəfə nə vaxt iş­­­lədildiyi barədə müxtəlif fər­ziyyələr ­möv­cuddur. Skandinaviya mifo­logiyasında ­T.-lar dağlarda, meşələrdə ya­şa­yan nəhəng və qəddar varlıqlardır. İngilis dilində isə balıq tutmaq üçün qarmağa bağlanan süni tə­lə­yə T. deyilir. Oksford lüğətlərində terminin internet slenqində  1992-ci ildə yarandığı qeyd olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti