Reklam
Reklam

Etimologiya lüğəti

ulduz

Gündüz, ulduz tipli sözlərdəki duz hissəsi “od”, “işıq” mənasını verən söz olub. Gündüz “gün işığı” deməkdir. Ulduz sözü sinonimlər birləşməsidir: ul (alov, ildı­rım...)duz (işıq) sözlərindən əmələ gəlib. Ulduz kəlməsi mənbələrdə ruscaya “блеск” kimi tərcümə olunub, parlaqlıqla bağlıdır. İldırım, alov, ulduz kimi söz­lərdəki il, al hissəsi eyni kəlmədir, bir qədər dəyişikliyə məruz qalıb. Gündüz sözü də sinonimlər birləşməsidir: Gün (əsli: küy) “od” deməkdir, duz “parıltı”, “işıq” anlamını əks etdirir. Türkmən dilində yıldırmaq feili var və “сверкать” anlamında işlədilir. Deməli, “ulduz”dakı duz hissəsi -dır4 şəkilçisinin dəyişmiş forması ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti