Gündüz, ulduz tipli sözlərdəki duz hissəsi “od”, “işıq” mənasını verən söz olub. Gündüz “gün işığı” deməkdir. Ulduz sözü sinonimlər birləşməsidir: ul (alov, ildırım...) və duz (işıq) sözlərindən əmələ gəlib. Ulduz kəlməsi mənbələrdə ruscaya “блеск” kimi tərcümə olunub, parlaqlıqla bağlıdır. İldırım, alov, ulduz kimi sözlərdəki il, al hissəsi eyni kəlmədir, bir qədər dəyişikliyə məruz qalıb. Gündüz sözü də sinonimlər birləşməsidir: Gün (əsli: küy) “od” deməkdir, duz “parıltı”, “işıq” anlamını əks etdirir. Türkmən dilində yıldırmaq feili var və “сверкать” anlamında işlədilir. Deməli, “ulduz”dakı duz hissəsi -dır4 şəkilçisinin dəyişmiş forması ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti