Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

vulkanik göl

Vulkan konusunun kraterində suların toplanması nəticəsində yaranmış göl.

Hündür divarlara malik vulkan krateri, adətən, yüksəklikdə yerləşdiyi üçün belə göllər əksər hallarda axarsız olur, su yağışların hesabına toplanır. Afrikada Nios, Amerikada İrasu, Asiyada Nəmrut vulkanik mənşəli göllərə aiddir. Bəzi vulkan kraterlərində suyun kimyəvi tərkibi orada canlıların yaşamasına və çoxalmasına imkan vermir; məsələn, Kosta-Rikada yerləşən Rinkon de la Vyexa gölünün kükürdlü suyunda həyat yoxdur.

See also:

Coğrafiya terminləri lüğəti