Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

xarab telefon prinsipi

Şifahi məlumatın şəxsdən-şəxsə ötürüldükcə, yazılı mate­ri­alın redaktə olunduqca daha çox təhrifə məruz qaldığını ehtiva edən prinsip.

Bu­na görə jurnalistikada informasiyanın ilkin mənbədən alınmasını, yazıların mümkün qədər az redaktə mərhələlərindən keçiril­məsini tələb edən qaydalar mövcuddur. «Xarab telefon» oyunu jurnalistlərin peşə hazırlığı prosesində fəal istifadə olunan psixoloji testlərdən biridir. Misal: «Bir çox qəzet­lərdə məqalənin redaktə pro­se­sində əldən-ələ keçməsi «xarab telefon» oyununu xa­tırladır: hər mərhələdə material həqi­qətdən daha çox uzaqlaşır» (Devid Rendall, «Universal jurnalist»).

Jurnalistika terminləri lüğəti