lat. deflatio – üfürülmə, yoxaçıxma
Əmtəə və xidmətlərin qiymətinin ümumi indeksinin azalması.
D. yerli valyutanın alıcılıq qabiliyyətinin artması ilə şərtlənir. İnflyasiyanın əksi olan D. yerli malların ixracının azalmasına, idxalın isə artmasına gətirib çıxarır. Bu da, öz növbəsində, ölkə daxilindəki istehsala mənfi təsir göstərir. Son yüz ildə dünyada yeganə genişmiqyaslı D. faktı Böyük depressiya illərində qeydə alınıb. Bu səbəbdən də hökumətlər imkan daxilində D.-nın qarşısını almağa çalışır.
Tarix terminləri lüğətifars. – kəndli, əkinçi
İlkin orta əsrlərdə, əsasən, Sasanilər dönəmində İranda, Orta Asiyada və Azərbaycanda icmaların feodallaşmış yuxarı təbəqəsinə, iri və orta sahibkarlara verilən ad.
Bu termin tədricən öz ilkin anlamını dəyişib və XIV əsrdən başlayaraq “kəndli”, “əkinçi” mənalarında işlənib.
Tarix terminləri lüğətilat. deus – Allah
XVII–XVIII əsrlərdə formalaşmış, Allahı aləmin ilkin səbəbi və yaradıcısı kimi qəbul edən dini-fəlsəfi cərəyan.
D.-ə görə, dünyanı yaratdıqdan sonra Allah təbiət və cəmiyyət hadisələrinin qanunauyğun gedişinə müdaxilə etmir. Beləliklə, D. ilahi qüvvə ilə insanın daimi ünsiyyəti haqqında təsəvvürlərə əsaslanan teizmə, Allah ilə təbiəti eyniləşdirən panteizmə və Allahın mövcudluğunu, ümumiyyətlə, inkar edən ateizmə əks mövqedə durur.
Tarix terminləri lüğəti1825-ci ilin dekabrında Peterburqun Senat meydanında mütləqiyyət əleyhinə üsyan qaldırmış rus zadəgan inqilabçıları.
D. Rusiyada təhkimçiliyin ləğvini, bütün vətəndaşlara hüquq bərabərliyi, söz və vicdan azadlığı verilməsini, ölkənin gələcək siyasi quruluşunu müəyyən etmək üçün Müəssislər Məclisinin çağırılmasını istəyiblər. Lakin onların üsyanı bir gün ərzində yatırılıb. D.-in 5 əsas başçısı edam olunub, 121 nəfəri isə Sibirə sürgün edilib.
Tarix terminləri lüğətifr. decrèt < lat. decretum – qərar
1. Hakimiyyət orqanı və ya vəzifəli şəxs tərəfindən qəbul edilən qanun, hüquqi akt.
Qədim Romada kollegial hakimiyyət orqanlarının, o cümlədən senatın aktları, pretorun məhkəmə işləri üzrə çıxardığı qərarlar, imperatorluq dönəmində isə imperatorun aktları D. adlanıb. Böyük Fransa inqilabı dövründə Konvent və digər qanunvericilik orqanlarının qəbul etdiyi qərarlara D. deyilib. Bu termin Rusiyada sovet hakimiyyətinin ilk illərində hökumətin ən mühüm qərarlarına da şamil edilib. Məsələn, “Torpaq haqında D.”-lə torpaq üzərində xüsusi mülkiyyəti ləğv olunub.
2. Müasir dövrdə dövlət və ya hökumət başçısının parlamentin razılığı tələb olunmadan qəbul etdiyi hüquqi akt.
Bir çox dövlətlərin konstitusiyalarında konkret hallarda (məsələn, fövqəladə vəziyyətdə) qanunu əvəzləyən D.-lərin verilməsi nəzərdə tutulub.
Tarix terminləri lüğətifr. demarcation – ayırma
1. Atəşkəs zamanı düşmən tərəfləri ayıran xətt, zolaq.
2. Məğlub dövlətin ərazisini işğal zonalarına bölən xətt.
3. Qonşu ölkələr arasındakı mübahisəli ərazilərdə daimi sərhədlər razılaşdırılana qədər müvəqqəti müəyyənləşdirilən aralıq xətt, zolaq.
See also:
Tarix terminləri lüğətilat. de – ayrılma, ləğvetmə + militaris – hərbi
Müəyyən ərazidə hərbi istehkam və qurğuların ləğv edilməsi, həmçinin maraqlı tərəflər arasında əldə olunmuş razılığa əsasən, həmin ərazidə hərbi qüvvələrin saxlanmasına qadağa qoyulması.
Beynəlxalq münasibətlərdə bəzən dövlət sərhədləri boyunca yerləşən ərazilər D. olunur. Əksər hallarda isə atəşkəs sazişləri bağlanan zaman (məs.: 1953-cü ildə Koreyada, 1954-cü ildə Vyetnamda) müvəqqəti demarkasiya xəttinin hər iki tərəfində D. olunmuş zonalar yaradılır. Antarktika, Alan və Şpitsbergen adaları, Ay da daxil olmaqla bütün göy cisimləri tam D. olunmuş ərazilər sayılır.
Tarix terminləri lüğətiyun. demiurgos – usta, sənətkar, yaradıcı
1. Qədim Afinada, əsasən, sənətkarlar və tacirlərdən ibarət zümrə.
Onları kəndlilər və əyanlardan fərqləndirmək üçün belə adlandırıblar. D. evpatridlər və geomorlarla birlikdə qədim Afinada üç azad əhali qrupundan biri olublar. Daha öncə isə bu termin antik fəlsəfədə kainatın yaradıcı başlanğıcı anlamında işlənib.
2. Bir sıra qədim yunan polislərində inzibati vəzifə.
On demiurqdan ibarət kollegiya Axeylər ittifaqında mühüm rol oynayıb.
Tarix terminləri lüğətiyun. demos – xalq + kratos – hakimiyyət
Hakimiyyətin xalqa məxsus olduğu siyasi rejim.
Bu rejimdə hakimiyyətin yeganə legitim mənbəyi xalq hesab olunur, onun dövlət işlərinin həllində iştirak hüququ təmin edilir, eləcə də vətəndaşlara digər geniş hüquq və azadlıqlar verilir. Qanunun aliliyi, hüquq bərabərliyi, vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmək və seçilmək hüququ, şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, habelə söz, mətbuat, yığıncaq azadlıqları və s. D.-nın əsas prinsipləri sayılır.
Tarix terminləri lüğətiyun. demos – xalq + grapho – yazıram
Əhalinin sayı, yerləşməsi, strukturu, miqrasiyası və dinamikasında baş verən dəyişiklikləri, onları şərtləndirən sosial-iqtisadi və coğrafi-bioloji amilləri öyrənən elm.
Belə elmi tədqiqatların nəticələrindən demoqrafik siyasətin hazırlanması, əmək resurslarının planlaşdırılması, ayrı-ayrı region, ölkə, yaxud bütünlüklə Yer kürəsi əhalisinin dəyişmə dinamikasının proqnozlaşdırılması kimi məqsədlər üçün istifadə edilir. D. termini ilk dəfə 1855-ci ildə fransız alimi A.Qiyar tərəfindən işlədilib, lakin bu elmin banisi ingilis tədqiqatçısı C.Qraunt (1620–1674) hesab olunur.
Tarix terminləri lüğətiyun. demos – xalq
Qədim Yunanıstanda aristokratiyaya (evpatridlərə) aid olmasa da, bütün vətəndaş hüquqlarına malik azad əhali, xalq.
Burada e.ə. V əsrin sonu – IV əsrin əvvəlindən əhalinin (ilk növbədə, şəhər əhalisinin) yoxsul hissəsi D. adlanıb, lakin qullar həmin sıraya daxil edilməyib. D. Qədim Yunanıstanda quldarlıq demokratiyasının əsasını təşkil edib.
Tarix terminləri lüğəti