ər. – müalicəxana, şəfa evi
Orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda tibb müəssisəsi, xəstəxana.
Tarixi mənbələrdə ilk D.-nın İbn Sina tərəfindən təşkil edildiyi göstərilir. Qazan xanın hökmranlığı dönəmində isə (1295–1304) Azərbaycanın mühüm yaşayış məntəqələrində Rəşidəddinin təşəbbüsü ilə D.-lar yaradılıb. 1483-cü ildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun (1478–1490) Təbrizdə tikdirdiyi “Həşt behişt” (Səkkiz cənnət) saray kompleksinə D. da daxil olub. Həmin D.-da eyni vaxtda minə qədər xəstəni müalicə etmək üçün şərait yaradılıb.
Tarix terminləri lüğətifars. dastkart < dast – əl + kart – iş
Parfiya və Sasani dövlətlərində, eləcə də Qafqaz Albaniyasında sahibkarlara və ya hökmdara məxsus irsi torpaq sahibliyi, mülk torpaqları.
Musa Kalankatlının “Alban tarixi” əsərində D. termini hökmdar nəslinin, əsilzadələrin, iri feodalların torpaq mülkiyyəti, həmçinin bağışlanan, vəsiyyət edilən, alınıb-satılan irsi torpaq sahibliyi anlamında işlənir.
Tarix terminləri lüğətiBəşəriyyətin inkişafında ilkin tarixi-mədəni mərhələ.
D.D.-də alət və silahlar, əsasən, daşdan, qismən ağac və sümükdən hazırlanıb. İbtidai icma quruluşunun mühüm mərhələsi olan D.D. insanın heyvanlar aləmindən ayrılmasından (2,5–2,6 mln. il əvvəl), metal emalının başlanğıcına (qədim Şərqdə təqr. 8 min il, Avropada təqr. 6–7 min il əvvəl) qədər böyük bir dövrü əhatə edib. Daş alətlərin hazırlanması texnikası, forma və tipologiyasına görə bu dövr iki hissəyə – qədim D.D.-nə (Paleolit) və yeni D.D.-nə (Neolit) bölünür. Paleolit və Neolit arasındakı keçid dövrü Mezolit adlanır.
Tarix terminləri lüğətierm. – ittifaq
İfrat millətçi erməni partiyası “Daşnaksutyun”un üzvləri.
1890-cı ildə Tiflisdə təsis olunmuş “Daşnaksutyun”un ilk proqramı iki il sonra partiyanın I qurultayında qəbul edilib. Həmin proqramda silahlı çıxışlar, terror aktları vasitəsilə, həmçinin Qərb dövlətlərinin və Rusiyanın dəstəyinə arxalanmaqla Türkiyə ərazisində Ermənistan dövləti yaratmaq partiyanın əsas məqsədi elan olunub. Partiya öz məqsədinə çatmaq üçün fəal terrorçuluq fəaliyyəti göstərib. D. 1905–1907 və 1917–1920-ci illərdə Cənubi Qafqazda on minlərlə günahsız insanın, əsasən, azərbaycanlıların ölümü ilə nəticələnmiş müsəlman qırğınlarının əsas təşkilatçıları olublar.
Tarix terminləri lüğəti1. Kiyev Rus dövlətində feodal pərakəndəliyi dövründə bütün knyazlıqların başçılarına verilən titul.
Monqol işğalı dövründə (XIII–XV əsrlər) B.K. titulu əvvəlcə monqol imperatoru, sonra isə Qızıl Orda xanı tərəfindən verilib. Mərkəzləşdirilmiş Rus dövləti yarandıqdan sonra yalnız Moskva knyazı B.K. adlanıb. 1547-ci ildən B.K. – çar, 1721-ci ildən isə imperator titulu ilə əvəzlənib.
2. XVIII əsrdən çarın birbaşa varislərinə verilən titul.
3. XIV–XVI əsrlərdə Litva hökmdarlarının titulu.
Tarix terminləri lüğətitürk. dayı – hərfi mənası: ananın qardaşı; məcazi mənası: cəsur
1. Osmanlı imperiyasında yeniçəri qoşunlarında zabit rütbəsi.
2. 1671-ci ildən 1830-cu ilə – ölkənin Fransa tərəfindən işğalınadək Əlcəzairdə yeniçəri zabitlər şurasının ömürlük seçdiyi Əlcəzair hakimi.
Bu ölkədə sonuncu D. Hüseyn (1818–1830) olub.
3. 1590–1705-ci illərdə Tunisdə türk yeniçərilərinin komandirlərinə və bəzən ölkəni idarə edən şəxslərə verdikləri ad.
4. Qədim türklərdə cəsur və qəhrəman igidlərə verilən ad.
Onlara D., yaxud “alp” deyilib.
Tarix terminləri lüğətiI Dünya müharibəsində (1914–1918) məğlub olmuş Almaniya üçün reparasiya (təzminat) planı.
Bu plan amerikalı bankir Ç.Dauesin rəhbərliyi altında beynəlxalq ekspertlər komitəsi tərəfindən hazırlandığı üçün belə adlandırılıb. I Dünya müharibəsində qalib gəlmiş dövlətlərin nümayəndələri D.P.-nı 1924-cü il avqustun 16-da London konfransında təsdiqləyib və Almaniya onun şərtlərini qəbul edib. Lakin az sonra öz iqtisadi və hərbi qüdrətini bərpa etmiş Almaniya həmin şərtlərə qarşı mübarizəyə qalxıb və 1929-cu ildə D.P.-nın Yunq planı ilə əvəzlənməsinə nail olub.
Tarix terminləri lüğətilat. de-facto – əslində, faktiki
Beynəlxalq hüquqda dövlətin, hökumətin, habelə digər subyektlərin rəsmi, lakin son və qəti olmayan tanınma forması.
D-F. tanınma siyasi və iqtisadi münasibətlərin məhdud səviyyəsi ilə səciyyələnir. Əksər hallarda D-F. tanınma müvəqqəti xarakter daşıyır və de-yure tanınmadan öncəki keçid mərhələsi hesab olunur; məs.: 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Antantanın Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini D-F. olaraq tanıyıb.
Tarix terminləri lüğətilat. deflatio – üfürülmə, yoxaçıxma
Əmtəə və xidmətlərin qiymətinin ümumi indeksinin azalması.
D. yerli valyutanın alıcılıq qabiliyyətinin artması ilə şərtlənir. İnflyasiyanın əksi olan D. yerli malların ixracının azalmasına, idxalın isə artmasına gətirib çıxarır. Bu da, öz növbəsində, ölkə daxilindəki istehsala mənfi təsir göstərir. Son yüz ildə dünyada yeganə genişmiqyaslı D. faktı Böyük depressiya illərində qeydə alınıb. Bu səbəbdən də hökumətlər imkan daxilində D.-nın qarşısını almağa çalışır.
Tarix terminləri lüğətifars. – kəndli, əkinçi
İlkin orta əsrlərdə, əsasən, Sasanilər dönəmində İranda, Orta Asiyada və Azərbaycanda icmaların feodallaşmış yuxarı təbəqəsinə, iri və orta sahibkarlara verilən ad.
Bu termin tədricən öz ilkin anlamını dəyişib və XIV əsrdən başlayaraq “kəndli”, “əkinçi” mənalarında işlənib.
Tarix terminləri lüğətilat. deus – Allah
XVII–XVIII əsrlərdə formalaşmış, Allahı aləmin ilkin səbəbi və yaradıcısı kimi qəbul edən dini-fəlsəfi cərəyan.
D.-ə görə, dünyanı yaratdıqdan sonra Allah təbiət və cəmiyyət hadisələrinin qanunauyğun gedişinə müdaxilə etmir. Beləliklə, D. ilahi qüvvə ilə insanın daimi ünsiyyəti haqqında təsəvvürlərə əsaslanan teizmə, Allah ilə təbiəti eyniləşdirən panteizmə və Allahın mövcudluğunu, ümumiyyətlə, inkar edən ateizmə əks mövqedə durur.
Tarix terminləri lüğəti1825-ci ilin dekabrında Peterburqun Senat meydanında mütləqiyyət əleyhinə üsyan qaldırmış rus zadəgan inqilabçıları.
D. Rusiyada təhkimçiliyin ləğvini, bütün vətəndaşlara hüquq bərabərliyi, söz və vicdan azadlığı verilməsini, ölkənin gələcək siyasi quruluşunu müəyyən etmək üçün Müəssislər Məclisinin çağırılmasını istəyiblər. Lakin onların üsyanı bir gün ərzində yatırılıb. D.-in 5 əsas başçısı edam olunub, 121 nəfəri isə Sibirə sürgün edilib.
Tarix terminləri lüğətiSəfəvi hökmdarı Şah I Abbasın həyata keçirdiyi köçürmə siyasəti.
1603–1612-ci illər Səfəvi-Osmanlı müharibəsi dövründə osmanlılara qarşı “yandırılmış torpaq” taktikası tətbiq edən Şah I Abbas daşınması mümkün olmayan hər şeyin məhv edilməsi əmrini verib. Bunun nəticəsində Arazın sol sahili tamamilə dağıdılıb, əhalisi isə Mazandaran və İsfahana köçürülüb.
Tarix terminləri lüğəti