fr. decrèt < lat. decretum – qərar
1. Hakimiyyət orqanı və ya vəzifəli şəxs tərəfindən qəbul edilən qanun, hüquqi akt.
Qədim Romada kollegial hakimiyyət orqanlarının, o cümlədən senatın aktları, pretorun məhkəmə işləri üzrə çıxardığı qərarlar, imperatorluq dönəmində isə imperatorun aktları D. adlanıb. Böyük Fransa inqilabı dövründə Konvent və digər qanunvericilik orqanlarının qəbul etdiyi qərarlara D. deyilib. Bu termin Rusiyada sovet hakimiyyətinin ilk illərində hökumətin ən mühüm qərarlarına da şamil edilib. Məsələn, “Torpaq haqında D.”-lə torpaq üzərində xüsusi mülkiyyəti ləğv olunub.
2. Müasir dövrdə dövlət və ya hökumət başçısının parlamentin razılığı tələb olunmadan qəbul etdiyi hüquqi akt.
Bir çox dövlətlərin konstitusiyalarında konkret hallarda (məsələn, fövqəladə vəziyyətdə) qanunu əvəzləyən D.-lərin verilməsi nəzərdə tutulub.
Tarix terminləri lüğətifr. demarcation – ayırma
1. Atəşkəs zamanı düşmən tərəfləri ayıran xətt, zolaq.
2. Məğlub dövlətin ərazisini işğal zonalarına bölən xətt.
3. Qonşu ölkələr arasındakı mübahisəli ərazilərdə daimi sərhədlər razılaşdırılana qədər müvəqqəti müəyyənləşdirilən aralıq xətt, zolaq.
See also:
Tarix terminləri lüğətimonq. yasaq – qanun
Çingiz xan dövründən başlayaraq Monqol imperiyasının qanunlar toplusu.
B.Y. Çingiz xanın şifahi şəkildə verdiyi əmrlərin yazıya köçürülməsi nəticəsində yaranıb və onun varisləri tərəfindən davam etdirilib. Onun tam mətni bizim günlərə qədər gəlib çatmasa da, XIII–XV əsrlər Şərq müəllifləri belə bir mətnin mövcudluğunu təsdiq ediblər. Monqollar B.Y.-nı imperiya banisinin bütün müdrikliyini özündə əks etdirən tarixi və mədəni abidə kimi dəyərləndirirlər.
See also:
Tarix terminləri lüğətilat. de – ayrılma, ləğvetmə + militaris – hərbi
Müəyyən ərazidə hərbi istehkam və qurğuların ləğv edilməsi, həmçinin maraqlı tərəflər arasında əldə olunmuş razılığa əsasən, həmin ərazidə hərbi qüvvələrin saxlanmasına qadağa qoyulması.
Beynəlxalq münasibətlərdə bəzən dövlət sərhədləri boyunca yerləşən ərazilər D. olunur. Əksər hallarda isə atəşkəs sazişləri bağlanan zaman (məs.: 1953-cü ildə Koreyada, 1954-cü ildə Vyetnamda) müvəqqəti demarkasiya xəttinin hər iki tərəfində D. olunmuş zonalar yaradılır. Antarktika, Alan və Şpitsbergen adaları, Ay da daxil olmaqla bütün göy cisimləri tam D. olunmuş ərazilər sayılır.
Tarix terminləri lüğətiyun. demiurgos – usta, sənətkar, yaradıcı
1. Qədim Afinada, əsasən, sənətkarlar və tacirlərdən ibarət zümrə.
Onları kəndlilər və əyanlardan fərqləndirmək üçün belə adlandırıblar. D. evpatridlər və geomorlarla birlikdə qədim Afinada üç azad əhali qrupundan biri olublar. Daha öncə isə bu termin antik fəlsəfədə kainatın yaradıcı başlanğıcı anlamında işlənib.
2. Bir sıra qədim yunan polislərində inzibati vəzifə.
On demiurqdan ibarət kollegiya Axeylər ittifaqında mühüm rol oynayıb.
Tarix terminləri lüğətiyun. demos – xalq + kratos – hakimiyyət
Hakimiyyətin xalqa məxsus olduğu siyasi rejim.
Bu rejimdə hakimiyyətin yeganə legitim mənbəyi xalq hesab olunur, onun dövlət işlərinin həllində iştirak hüququ təmin edilir, eləcə də vətəndaşlara digər geniş hüquq və azadlıqlar verilir. Qanunun aliliyi, hüquq bərabərliyi, vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmək və seçilmək hüququ, şəxsiyyət və mülkiyyətin toxunulmazlığı, habelə söz, mətbuat, yığıncaq azadlıqları və s. D.-nın əsas prinsipləri sayılır.
Tarix terminləri lüğətiyun. demos – xalq + grapho – yazıram
Əhalinin sayı, yerləşməsi, strukturu, miqrasiyası və dinamikasında baş verən dəyişiklikləri, onları şərtləndirən sosial-iqtisadi və coğrafi-bioloji amilləri öyrənən elm.
Belə elmi tədqiqatların nəticələrindən demoqrafik siyasətin hazırlanması, əmək resurslarının planlaşdırılması, ayrı-ayrı region, ölkə, yaxud bütünlüklə Yer kürəsi əhalisinin dəyişmə dinamikasının proqnozlaşdırılması kimi məqsədlər üçün istifadə edilir. D. termini ilk dəfə 1855-ci ildə fransız alimi A.Qiyar tərəfindən işlədilib, lakin bu elmin banisi ingilis tədqiqatçısı C.Qraunt (1620–1674) hesab olunur.
Tarix terminləri lüğətiyun. demos – xalq
Qədim Yunanıstanda aristokratiyaya (evpatridlərə) aid olmasa da, bütün vətəndaş hüquqlarına malik azad əhali, xalq.
Burada e.ə. V əsrin sonu – IV əsrin əvvəlindən əhalinin (ilk növbədə, şəhər əhalisinin) yoxsul hissəsi D. adlanıb, lakin qullar həmin sıraya daxil edilməyib. D. Qədim Yunanıstanda quldarlıq demokratiyasının əsasını təşkil edib.
Tarix terminləri lüğəti1918–1920-ci illərdə çar generalı A.Denikin tərəfindən Ukrayna və Şimali Qafqaz ərazisində yaradılmış ağqvardiyaçı rejim.
D.-in siyasi özəyini kadet və oktyabristlər bloku, eləcə də eserlərin müəyyən hissəsi, hərbi bazasını isə 150 min nəfərlik “Rusiyanın cənubunun silahlı qüvvələri” təşkil edib. “Vahid və bölünməz Rusiya” şüarı altında mübarizə aparan Denikin sovet hakimiyyətini əsas düşmən hesab etsə də, müstəqil Cənubi Qafqaz respublikalarını, o cümlədən AXC-ni daim hərbi müdaxilə ilə hədələyib. 1919-cu ilin yazı və yayında Denikin qoşunları Azərbaycan üçün xüsusilə real təhlükə yaradıb. Yalnız Bakıdakı ingilis komandanlığının səyi nəticəsində onların Azərbaycana hərbi təcavüzünün qarşısını almaq mümkün olub.
See also:
Tarix terminləri lüğətilat. denominatio – yeni adqoyma, addəyişmə
Köhnə pul nişanlarının yeniləri ilə əvəzlənməsi prosesində onların nominal dəyərinin dəyişməsi.
D. valyutanı sabitləşdirmək və hesablaşmaları sadələşdirmək məqsədilə həyata keçirilir. Azərbaycanda 2006-cı ilin yanvar D.-sı zamanı köhnə pul nişanları 5000:1 nisbətində yeni pul nişanları ilə əvəzlənib.
Tarix terminləri lüğətifr. dénoncer – pozma, ləğvetmə
Beynəlxalq hüquqda müqaviləni imzalayan tərəflərdən birinin onun icrasından imtina etməsi.
D. müqavilənin qüvvəsinin qanuni yolla dayandırılması üsullarından biridir. Adətən, o, müqavilənin özündə nəzərdə tutulmuş şərtlər və zaman kəsiyi çərçivəsində həyata keçirilir. Lakin az sayda bəzi müqavilələrin D.-sına yol verilmir. Məsələn, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının (1949) icrasından imtina etmək mümkün deyil.
Tarix terminləri lüğəti