Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

diabaz

yun. diabas – parçalanan

Diabaz (ofit) quruluşlu paleotip maqmatik süxur.

Rəngi tünd-boz və ya yaşılımtıl-qara olur. Nizamsız yerləşmiş labrador kristallarından və onların aralarındakı boşluqlara dolmuş augit dənələrindən təşkil olunmuşdur. Qalınlığı bir neçə sm-dən 200 m-ə və daha çox olan dayka, sill əmələ gətirir.

See also:

Coğrafiya terminləri lüğəti

diastrofizm

yun. diastropho – çevirmə, qırılma

Xarakterindən asılı olmayaraq Yer qabığının quruluşunda mühüm dəyişikliklər əmələ gətirən tektonik proseslər.

“D.” termini elmə XIX əsrin axırlarında Amerika geoloqu Q.Cilbert tərəfindən daxil edilmişdir.

Coğrafiya terminləri lüğəti

diatomit

lat. diatomeae – diatom yosunlar

Kövrək və ya az sementləşmiş, məsaməli, silisiumlu çökmə süxur; dağ unu.

Rəngi açıq-boz və ya sarı olur. Əsasən, diatome yosunlarının zirehindən, qismən kvars, çölşpatı, bəzən qlaukonit dənələrindən və s. ibarətdir. Dəniz və göllərdə çökmüş diatome lillərindən əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

damar

Filizlərin və maqmatik süxurların yatım forması.

Yer qabığında çatların hidrotermal məhlullardan ayrılan mineral maddələrlə dolması və ya maqmanın çatlarda kristallaşması nəticəsində əmələ gəlir. D.-lar formasına görə sadə, mürəkkəb, pilləvarı şaxəli və s. olur.

Coğrafiya terminləri lüğəti

damar süxurlar

Dərinlik massivləri ilə əlaqədar damar və ya dayka formalı süxurlar.

D.S., adətən, porfirəbənzər quruluşludur və əsas kütləsi tam kristallik, nadir halda şüşəyəbənzərdir. Mineraloji tərkibinə görə aşist (tərkibcə dərinlik süxurlarının analoqu olub, onlardan struktur və yatım formasına görə fərqlənir) və diaşist (dərinlik süxurlarını müşayiət edir, lakin tərkibcə onlardan kəskin fərqlənir) süxur qruplarına bölünür. D.S. bəzən iri və ya nəhəng dənəli olur və peqmatit damarlar adlanır.

See also:

Coğrafiya terminləri lüğəti

dendrit

yun. dendron – ağac

Hər hansı bir mineral, metal, ərinti və ya süni birləşmənin kristallik törəmələri.

Adətən, kiçik budaq, ayıdöşəyi yarpağı formasında və ya ulduz şəkilli olur. Sürətli kristallaşma zamanı özlü mühitdə, kövrək gilli birləşmələrdə və ya nazik süxur çatlarında əmələ gəlir. D. bir-birinə paralel və ya ikiləşmə vəziyyətində bitmiş kristallardan ibarətdir.

Coğrafiya terminləri lüğəti