Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Havay antisiklonu

yun. anti – əks, zidd + yun. kyklon – fırlanan

Tropik subtropik qurşaqlarda daimi fəaliyyət göstərən yüksək təzyiq sahəsi.

Sakit okeanın şimal hissəsini, subtropik və tropik enlikləri əhatə edir. H.A.-nun mərkəzi Havay adalarından şimalda yerləşir; burada yanvarda təzyiq 764 mm, iyulda isə 768 mm olur.

Coğrafiya terminləri lüğəti

heliosentrik sistem

yun. helios – Günəş + yun. centrum – mərkəz

Günəşin mərkəzdə dayanması, Yer də daxil olmaqla bütün planetlərin isə onun ətrafında dövr etməsi haqqında nəzəriyyə.

Bu  nəzəriyyə Polşa astronomu Nikolay Kopernikin 1543-cü ildə nəşr edilmiş “Göy sferlərinin fırlanması haqqında” əsərində irəli sürülüb, Yerin dünyanın mərkəzi olması haqqında köhnə təsəvvürləri dəyişib və bir sıra elmlər kimi coğrafiya elminin də sonrakı inkişafına böyük təsir göstərib.

See also:

Coğrafiya terminləri lüğəti

Hertsin qırışıqlığı

Mərkəzi Avropada yerləşən dağlar qrupunun adından

Paleozoy erasının ikinci yarısında, əsasən, KarbonPerm dövrlərində baş vermiş dağəmələgəlmə mərhələsi.

Ural, Altay dağları, Tyan-Şanın şimal hissəsi, Mərkəzi Avropa zonasında Çexiya və Bohemiya massivləri, Sudet, Vogez, Arden və Reyn-Şist dağları, Cənubi Afrikada Kap dağları və Avstraliya alpları H.Q.-na aiddir.

See also:

Coğrafiya terminləri lüğəti

hidrik suksessiya

yun. hydor – su + lat. succesio – vərəsəlik

Kiçik göllərdə və bataqlıqlarda baş verən suksessiya prosesi.

Bu prosesə suyun səviyyəsinin aşağı düşməsi və dib qruntunun aerasiyasının güclənməsinə səbəb olan istənilən hadisə təkan verə bilər. H.S.-nın ilk mərhələsində su hövzəsinin səthi kənarlardan başlayaraq su bitkiləri ilə (cil, mamır) örtülür. Hövzə çöküntülərlə dolduqca torpaq təbəqəsi yaranır və inkişaf edir, kollar, ağaclar bitir. Prosesin sonunda gölün (bataqlığın) yerində quru sahə formalaşır.

Coğrafiya terminləri lüğəti

hidrofizika

yun. hydor – su + yun. physis – təbiət

Hidrosferdə baş verən proses və hadisələri öyrənən elm sahəsi.

H. – eyni zamanda həm hidrologiya, həm də geofizika elmlərinin tərkib hissəsidir.

Coğrafiya terminləri lüğəti

hidrogeologiya

yun. hydor – su + yun. geo – Yer + yun. logos – elm, təlim

Yeraltı sular haqqında elm, geologiyanın bir sahəsi.

H. yeraltı suların əmələgəlmə səbəblərini, yatım şəraitini, hərəkət qanunlarını, rejimini, ehtiyatlarını, fiziki və kimyəvi xassələrini, atmosfer və yerüstü sularla qarşılıqlı əlaqəsini öyrənir.

Coğrafiya terminləri lüğəti