yun. geo – yer + yun. grapho – yazıram, təsvir edirəm
Bu və ya digər obyektin (ölkənin, rayonun, şəhərin, iri müəssisənin) onun xaricində olan və inkişafına müəyyən təsir edən obyektlərə münasibəti.
İCM – mikromövqe (məsələn, ölkənin ümumi sərhədlərə malik qonşu dövlətlərə görə mövqeyi), mezomövqe (ölkənin yerləşdiyi regiondakı mövqeyi), makromövqe (ölkənin dünya səviyyəsində mövqeyi) tiplərinə ayrılır.
Coğrafiya terminləri lüğətiCoğrafiya elmlərinin cəmiyyətin ərazi üzrə təşkili prinsiplərini, qaydalarını və qanunauyğunluqlarını öyrənən sahəsi.
Başlıca tədqiqat obyektləri əhali, iqtisadiyyat və onun sahələri olan İ.-İ.C. ictimai coğrafiya, iqtisadi coğrafiya, siyasi coğrafiya, tarixi coğrafiya, mədəniyyətin coğrafiyası kimi bölmələrə, habelə əhalinin coğrafiyası, sənayenin coğrafiyası, kənd təsərrüfatının coğrafiyası, nəqliyyatın coğrafiyası və bu kimi konkret fənlərə ayrılır.
Coğrafiya terminləri lüğətiyun. idios – öz + yun. morphe – forma
Maqmatik süxurları əmələ gətirən mineralların bütün özünəməxsus kristal formalarının cəmini ehtiva edən termin.
İ. və avtomorf terminləri sinonimlərdir. Mineralların kristallaşaraq müəyyən, yalnız özlərinə məxsus görünüş almaq qabiliyyətinə isə idiomorfizm deyilir.
Coğrafiya terminləri lüğətiXammalın, məhsulun, kapitalın, texnologiyaların, xidmətlərin satış üçün ölkənin gömrük sərhədindən kənara – xarici bazarlara çıxarılması prosesi.
Xarici rezidentlərə göstərilən xidmətlər (məsələn, yükdaşıma) – xidmət İ.-ı, xarici aktivlərin alınması, kreditlərin verilməsi isə kapital İ.-ı adlanır. İ. prosesi xüsusi qanunlarla tənzimlənir.
See also:
Coğrafiya terminləri lüğəti1. Müəyyən fəaliyyət növlərinin, yaxud məhsul istehsalı və satışının ayrı-ayrı ərazilər, sahələr üzrə, həmçinin əhali qruplarının əlində cəmləşməsi.
Həmin fəaliyyət, yaxud ixtisas sahəsinin cəmləşdiyi ərazi ixtisaslaşma rayonu adlanır.
2. Fəaliyyət sahələri və növləri daxilində əməyin ictimai bölgüsu üsulu.
Məsələn, eyni məhsulun istehsalı, xidmətin göstərilməsi prosesinə çoxsaylı ixtisaslaşmış müəssisələr, işçilər cəlb edilə bilər.
3. Müəyyən biliklərin dərindən öyrənilməsi, fəaliyyətin konkret araşdırma sahəsində cəmləşdirilməsi.
Coğrafiya elminin özü bir çox ixtisaslaşmış elm sahələrinin kompleksindən ibarətdir.
Coğrafiya terminləri lüğətiHər hansı ərazi üçün xarakterik olan və ildən-ilə təkrarlanan hava rejimi.
İ., əsasən, coğrafi enlikdən və bununla əlaqədar Yer səthinin konkret sahəsinin il ərzində Günəşdən aldığı enerjinin miqdarından asılıdır. Fiziki-coğrafi şəraitin də (dənizə yaxınlıq, okean cərəyanları, hakim küləklər, ərazinin hündürlüyü və s.) İ.-ə böyük təsiri var. Yer kürəsinin İ.-i qurşaqlara, makroiqlim, mezoiqlim və mikroiqlim kimi kateqoriyalara bölünür. İ.-i iqlimşünaslıq elmi öyrənir.
See also:
Coğrafiya terminləri lüğətiİqlimin əsas elementləri: temperatur, rütubət, küləklər və s.
İ.A. bütünlükdə canlı aləmə, biosenozun inkişafına, insanların həyat tərzinə, fəaliyyətinə (məsələn, kənd təsərrüfatının müxtəlif sahələrinin formalaşmasına) təsir göstərən ən mühüm amillərdəndir.
See also:
Coğrafiya terminləri lüğətiƏtraf mühitin hər hansı ərazidə iqliminin formalaşmasında iştirak edən başlıca xüsusiyyətləri.
İ.Ə.A.-ə astronomik amillər (məsələn, Yerin fırlanma oxunun maililiyi), coğrafi amillər (coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s.), fiziki amillər (günəş radiasiyası, atmosfer sirkulyasiyası və s.) daxildir. Bu amillər birlikdə iqlimin əsas elementlərini formalaşdırır, onların kəmiyyət göstəricilərinə təsir edir.
See also:
Coğrafiya terminləri lüğətiBütün dünyanın, yaxud konkret ərazinin iqlim şəraitinin, iqlim xüsusiyyətlərinin, iqlim əmələgətirici atmosfer proseslərinin inkişafının (məsələn, siklonların və antisiklonların hərəkətini) şərti işarələrlə müstəvi üzərində təsviri.
İ.X. çoxillik məlumatlar əsasında tərtib edilir.
See also:
Coğrafiya terminləri lüğəti