yun. kon – birlikdə + yun. urbas – şəhər
Bir-birinə yaxın yerləşən və iqtisadi cəhətdən sıx əlaqədə olan təxminən eyni əhəmiyyətli şəhərlər qrupu.
K.-da vahid mərkəz olmur. Ən böyük K.-lara Almaniyada Rur çayı hövzəsi misal ola bilər. Burada cəmlənmiş 70-ə qədər şəhərin əhalisi 2014-cü il üçün 12 milyon nəfər təşkil edirdi. Niderlandda Randstad K.-sı ölkənin paytaxtı Amsterdam, dünyanın ən böyük limanlarından olan Rotterdam, bir sıra beynəlxalq hüquq mərkəzlərinin cəmləşdiyi Haaqa, digər şəhərlərdən ibarətdir. Bəzən şəhər aqlomerasiyalarını da K. adlandırırlar.
Coğrafiya terminləri lüğətilat. convectio – aparıram
1. Atmosferdə müxtəlif temperatura və sıxlığa malik hava kütlələrinin şaquli hərəkəti.
K. ətraf mühitə nisbətən daha isti və seyrək havanın yuxarıya, daha soyuq və sıx havanın isə aşağıya doğru hərəkəti nəticəsində baş verir. Bu hadisə atmosfer (xüsusilə ekvatorial enliklərdə) qatları arasında istilik və rütubət mübadiləsində mühüm rol oynayır.
2. Maye və qazların su hövzələrində, yerin altında müxtəlif temperatur və sıxlığa malik süxurlar, mühitlər, laylar arasında şaquli yerdəyişməsi.
Məsələn, su hövzəsində isti maye yuxarı qalxır, soyuq maye isə aşağı enir; temperatur fərqi aradan qalxarsa, proses dayanır.
Coğrafiya terminləri lüğətiYuxarı qalxan hava kütləsinin adiabatik soyuması və tərkibində olan su buxarının kondensasiyaya uğraması nəticəsində yaranan topa buludlar.
Termik və dinamik K.B. mövcuddur. Termik K.B. atmosferdə temperatur fərqi, dinamik K.B. isə dağ silsilələri ilə üzləşən havanın məcburi şaquli hərəkəti nəticəsində formalaşır.
See also:
Coğrafiya terminləri lüğətilat. convergo – yaxınlaşma, birləşmə
1. Meteorologiyada: müxtəlif sürətlərlə hərəkət edən hava axınlarının qarşılaşması, qovuşması.
Əgər qarşılaşan axınların kütləsi, temperaturu eynidirsə, onlar qovuşma xəttindən yuxarıya doğru istiqamətlənir. Lakin təbiətdə belə ideal şəraitə nadir hallarda rast gəlinir, odur ki daha böyük kütlə nisbətən kiçik kütləni “əzir”, isti axın soyuq axının üzərinə qalxır.
2. Okeanologiyada: müxtəlif sıxlığa, temperatura, duzluluğa malik su axınlarının və ya səth cərəyanlarının qarşılaşması.
K. nəticəsində nisbətən sıx, soyuq, yaxud duzlu su kütləsi dərinliyə doğru istiqamətlənir.
3. Qlyasiologiyada: buzlaqların üfüqi və ya şaquli istiqamətdə birləşməsi.
4. Ekologiyada: fərqli ərazilərdə, lakin oxşar təbii şəraitlərdə, ekoloji mühitdə yaşayan müxtəlif canlılar qruplarının eyni xüsusiyyətlər qazanması.
Ekoloji anlamda K. və adaptasiya prosesləri sıx bağlıdır.
5. Geologiyada: müxtəlif mənşəli materiallardan fərqli üsullarla eyni tipli çöküntülərin yaranması, habelə müxtəlif proseslər nəticəsində quruluş və tərkibinə görə oxşar süxurların formalaşması.
K. anlayışının bir sıra digər elmlərdə (biologiya, linqvistika, politologiya, paleoontologiya, fizika və s.-də) öz izahları var.
Coğrafiya terminləri lüğətilat. co – birgə + yun. ordinatus – nizamlanmış
Hər hansı nöqtənin, xəttin, müstəvinin müəyyən edilmiş digər xətt və ya nöqtələr sisteminə nisbətən tutduğu mövqeyi göstərən kəmiyyətlərin məcmusu.
K.-ı müəyyənləşdirmək üçün müxtəlif koordinat sistemlərindən (coğrafi, astronomik, düzbucaqlı və s.) istifadə olunur.
See also:
Coğrafiya terminləri lüğətiMənsəbi olmayan – müəyyən məsafə qət etdikdən sonra quruyan, torpağa hopan çaylar.
Belə çaylara, əsasən, isti və quru iqlimin səciyyəvi olduğu, sukeçirən süxurların geniş yayıldığı ərazilərdə rast gəlinir; məsələn, mənbəyi Əfqanıstanda olan Harirud çayı 1100 kilometrdən artıq yol keçdikdən sonra Qaraqum səhrasında “itir”.
See also:
Coğrafiya terminləri lüğətifransız fiziki Qustav Koriolisin adından
Yerin öz oxu ətrafında fırlanması nəticəsində Yer səthində hərəkət edən cisimlərə təsir göstərən inersiya qüvvəsi.
Bu qüvvənin təsiri ilə Yerin fırlanma oxuna bucaq altında hərəkət edən cisimlər, küləklər, dəniz cərəyanları, çay axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola meyillənir. Ekvator (o cümlədən meridianlar) üzrə hərəkət zamanı K.Q. sıfıra bərabərdir. Fenomenin elmi izahını ilk dəfə 1835-ci ildə fransız alimi Qustav Qaspar Koriolis verib.
Coğrafiya terminləri lüğətilat. capitalis – baş, əsas
İEÖ içərisində Avropadan gələn mühacirlərin və kapitalın hesabına sürətlə inkişaf edən ölkələr.
Bu ölkələr sırasına ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, İsrail və qismən CAR aid edilir; məsələn, Kanadanın inkişafında eskimoslar, Avstraliyanın inkişafında aborigenlər deyil, Avropadan gələn mühacirlər və kapital həlledici rol oynadığı üçün onlar K.K.Ö. sayılır.
Coğrafiya terminləri lüğətiBöyük su hövzəsinin (okean, dəniz, göl) quruya çox daxil olmuş, lakin onunla sərbəst su əlaqəsini saxlayan nisbətən kiçik hissəsi.
K.-lər bitki və heyvanlar aləminə, sularının xassələrinə, kimyəvi tərkibinə görə bağlı olduqları hövzələrdən az fərqlənir (çayların töküldüyü K.-lər istisna təşkil edir). Lakin bəzi hallarda öz ölçülərinə və hidroloji rejimlərinə görə dəniz adlandırılmalı olan akvatoriyalar da K.-lərə aid edilir: məsələn, Meksika, Fars, Hudzon K.-ləri və s.
Coğrafiya terminləri lüğətiyun. krater – fincan
1. Vulkan püskürməsi zamanı onun zirvəsində yaranan qıf və ya fincan formalı çökəklik.
K.-in diametri bir neçə kilometrə, dərinliyi yüzlərlə metrə çata bilər. Onun dibində bir və ya bir neçə vulkan boğazı, donmuş lava, digər vulkanik materiallar, bəzi hallarda lava gölü olur.
2. Yer səthinə meteoritin düşməsi və ya güclü süni partlayış nəticəsində əmələ gələn çökəklik.
See also:
Coğrafiya terminləri lüğəti