Yerin litosfer təbəqəsinin bir-birindən dərin tektonik çatlarla ayrılmış iri blokları.
Müasir geoloji dövrdə litosfer təbəqəsi 7 nəhəng (Sakit okean, Şimali Amerika, Cənubi Amerika, Antarktida, Afrika, Hind-Avstraliya, Avrasiya) və 6 kiçik (Karib, Filippin, Naska, Ərəbistan, Kokos, Karib) blokdan ibarətdir. Qalınlığı 60-100 km olan L.T. astenosferin üzərində, əsasən, üfüqi istiqamətdə hərəkət edir. Yerin süni peyklərindən çəkilmiş şəkillər bunu təsdiqləyir. Tavaları hərəkətə gətirən qüvvə mantiyada gedən çox güclü proseslərdir. Həmin proseslərin təsiri altında bəzi L.T. əks istiqamətdə hərəkət edərək bir-birindən uzaqlaşır (məsələn, Afrika və Cənubi Amerika L.T.), digərləri qarşı-qarşıya gələrək yaxınlaşır (məsələn, Avrasiya və Sakit okean L.T.). Bu o deməkdir ki, gələcəkdə L.T.-nın vəziyyəti, materiklərin və okeanların konfiqurasiyası dəyişə bilər.
Coğrafiya terminləri lüğətilat. locare – yerləşmə
Obyektdən əks olunan elektromaqnit, səs dalğalarına, yaxud obyektin öz şüalanmasına görə onun yerini, ölçülərini, hərəkət istiqaməti və sürətini müəyyənləşdirən cihaz.
Əks olunan dalğaların fiziki xüsusiyyətlərindən asılı olaraq L.-lar optik, hidro və radiolokatorlara bölünür və onları müvafiq stansiyalarda quraşdırırlar.
Coğrafiya terminləri lüğətialm. lot – ağırlıq, qurğuşun yük
Suyun dərinliyini ölçmək üçün cihaz.
Qədimdə suyun dərinliyini ucuna qurğuşun yük bağlanmış kəndirlə gəmidən ölçürdülər. Termin buradan yaranıb. L.-ların üç növü var. Əl L.-ları ucuna yük bağlanmış trosdan ibarətdir. Mexaniki L.-lar suyun dibindəki təzyiqi ölçməklə onun dərinliyini müəyyənləşdirir. Hidroakustik L.-lar (exolot) isə akustik impulsun suyun dibinə dəyib geri qayıtması üçün sərf olunan zamanın dərinlikdən asılılığı prinsipinə əsaslanır.
Coğrafiya terminləri lüğətilat. lotus – yuyan + yun. oikos – məkan + yun. systema – tərkib hissələrdən ibarət bütöv
Axar su hövzələrində canlı orqanizmlərin, onları əhatə edən mühitin yaratdığı vahid təbii, yaxud təbii-antropogen kompleks.
L.E.-ə bulaq və çayların ekoloji sistemləri daxildir. Onların lentik ekosistemlərdən əsas fərqi axının, yəni sürətli su dövranının olması, su ilə quru arasında mübadilənin fəallığı, həmçinin çay və bulaqların yer üzündə daha bərabər paylanmasıdır.
See also:
Coğrafiya terminləri lüğətiisp. lianos – düzənliklər
Cənubi Amerikanın şimal-şərqində hündür otlar, adda-budda ağac və kollar bitən düzənlik sahə, subekvatorial landşaft tipi.
L.-da yağışlar mövsümündə canlanan həyat quraqlıq aylarında, demək olar ki, dayanır. Mahiyyət etibarilə L. – Cənubi Amerikada savannaya verilən addır.
Coğrafiya terminləri lüğətialm. löss – yumşaq
Sarımtıl rəngli yumşaq çökmə dağ süxuru.
L. xırda gil, qum, əhəng, çölşpatı, dəmir oksidləri hissəciklərindən ibarətdir, məsaməli olur. Bu süxurlar suyu asan keçirir, davamlı təsir nəticəsində aşınaraq dik yarğanlar əmələ gətirir. L.-lərə Şərqi Çində, Avropanın cənub-şərqində, Orta Asiya və Şimali Amerikada çox rast gəlinir.
Coğrafiya terminləri lüğətiLabrador yarımadasındakı yatağın adından
Plagioklazlar qrupuna aid mineral, albitlə anortinin izomorf qarışığı.
L.-un tərkibində 50-70% anortit olur. Triklinik sinqoniyada kristallaşır. Adətən, mürəkkəb və polisintetik ikiləşmələr, lövhəvarı sıx və dənəli aqreqatlar əmələ gətirir. Rəngsiz, ağ və ya boz, yaşıla, göyə çalarlı olur. Əsasi maqmatik süxurları əmələ gətirən mühüm mineraldır.
Coğrafiya terminləri lüğətiyun. lepis – pulcuq + yun. lithos – daş
Mikalar qrupuna aid monoklinik sinqoniyalı mineral.
Lövhəvarı kristallar, xırdadənəli pulcuqlu kütlələr əmələ gətirir. Rəngi, adətən, çəhrayıdan açıq-bənövşəyiyədək dəyişir. Nadir hallarda rəngsiz olur. Qranit, peqmatit və qreyzenlərdə, həmçinin hidrotermal damarlarda rast gəlir.
Coğrafiya terminləri lüğətiyun. lampros – parlaq + yun. porphyreos – tünd-qırmızı
Melanokrat damar maqmatik süxur.
Mənşə əlaqəsi olan uyğun maqmatik süxurlardan çoxlu miqdarda rəngli mineralların olması ilə fərqlənir. L.-in rəngi tünd-bozdan qarayadək dəyişir. Tərkibi çölşpatı (bəzən feldşpatid) və rəngli minerallardan (biotit, amfibol, piroksen və bəzən olivin) ibarətdir. Əhəngli qələvi L. (spessartit və s.), qələvi L. (kamptonit və s.) növləri var.
See also:
Coğrafiya terminləri lüğətiyun. leimon – çəmən, nəm yer
Təbii dəmir 3-hidroksid (dəmir pası); mexaniki və kimyəvi qarışıqlara malik getit, yaxud lepidokrokitin gizli kristallik birləşmələri.
Dəmirli sulfidlərin (pirit, siderit və s.) ekzogen şəraitdə aşınmasından əmələ gəlir. Əvvəllər sərbəst mineral hesab edilirdi.
Coğrafiya terminləri lüğəti