Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

musson cərəyanları

Okean və dənizlərdə mussonların təsiri ilə yaranan səth axınları.

M.C. təqribən 100-200 m dərinliyə qədər yayılır və mövsümdən asılı olaraq istiqamətini dəyişir. Belə axınlar Hind okeanının şimal, Sakit okeanın qərb hissəsi üçün xarakterikdir.

Coğrafiya terminləri lüğəti

musson iqlimi

Musson xarakterli atmosfer sirkulyasiyasına malik ərazilərin iqlimi.

M.İ. qışın quraq, yayın bol yağıntılı olması ilə səciyyələnir. Avrasiya materikinin subtropik və mülayim iqlim qurşaqlarının, Şimali Amerika materikinin subtropik iqlim qurşağının şərq hissələrinə belə iqlim tipi hakimdir. Eyni zamanda M.İ. Cənubi və Cənub-Şərqi Asiya üçün də xarakterikdir.

Coğrafiya terminləri lüğəti

musson yağışları

Yay mövsümündə mussonların gətirdiyi yağıntılar.

Tropik zonalarda M.Y. xüsusilə güclü olur, Hindistanda düşən yağıntıların tam əksəriyyətini M.Y. təşkil edir.

See also:

Coğrafiya terminləri lüğəti

müasir landşaft

alm. landschaft – ölkə, mahal

Təbii və süni landşaftların uzlaşdırıldığı ərazi.

Təbii landşaft dedikdə – coğrafi, süni landşaft dedikdə isə insanların formalaşdırdığı antropogen landşaft nəzərdə tutulur.

Coğrafiya terminləri lüğəti

mühit

1. Fəzanı, məkanı dolduran və müəyyən xassələrə malik olan maddə; məs.: su mühiti, qidalı mühit.

2. Bax: ətraf mühit.

3. Hər hansı orqanizmin, orqanizmlər qrupunun həyat fəaliyyətinin iqtisadi, sosial-məişət xarakterli şərtlər məcmusu; məs.: əlverişli iqtisadi mühit, sosial mühitin elementləri.

Coğrafiya terminləri lüğəti

mülayim hava kütləsi

Hər iki yarımkürəmülayim qurşaqlar üzərində yaranan hava kütləsi.

M.H.K. dəniz və kontinental yarımtiplərinə bölünür. Dəniz yarımtipi mülayim qurşaqların okean səthi üzərində formalaşır, qərb küləkləri və siklonlar sistemində hərəkət edərək materiklərə doğru gəlir, qışda şaxtaları yumşaldır, qara, bəzən dumanlı-yağışlı havalara səbəb olur. Yayda dəniz yarımtipli M.H.K. temperaturu azaldır, rütubətliliyi artırır, bəzən özü ilə intensiv yağışlar gətirir. Kontinental yarımtipli M.H.K. isə ancaq Şimal yarımkürəsinin quru səthi üzərində formalaşaraq qışda çox soyuq, quru, şaxtalı və şəffaf olur. Rusiya ərazisində – Sibirin bəzi rayonlarında o, qışda havanın temperaturunu -70°C-dək aşağı salır. Yayda kontinetal tipli M.H.K. quru səthi üzərində bərk qızır, hava cərəyanları əmələ gətirərək leysan yağışlara, hətta tufanlara səbəb olur. Azərbaycan ərazisində iqlimin formalaşmasında M.H.K.-nin hər iki yarımtipinin rolu olduqca böyükdür: yay aylarında respublika ərazisinə daxil olan hava kütlələrinin yarıdan çoxunu onlar təşkil edir.

Coğrafiya terminləri lüğəti

mülayim iqlim

Mülayim qurşaqların iqlimi.

M.İ. tipinə malik ərazilər nisbətən sərin yayı və soyuq qışı, həmçinin ilboyu bərabər paylanmış kifayət qədər yağıntısı olması ilə seçilir.

Coğrafiya terminləri lüğəti

mülayim qurşaqlar

Şimal yarımkürəsində təxminən 40°-65° şm.e.-ləri, Cənub yarımkürəsində 42°-58° c.e.-ləri əhatə edən qurşaqlar.

Şimal yarımkürəsində M.Q.-da quru sahəsinin 55%-i, Cənub yarımkürəsində isə cəmi 2%-i yerləşir. M.Q. tropiklərə nisbətən iki dəfə az günəş istiliyi alır. Bu qurşaqlar üçün uzun qarlı qış, qısamüddətli isti yaz və uzunsürən sərin payız xarakterikdir. Şimal yarımkürəsində geniş ərazi tutan M.Q. bir-birindən kəskin fərqlənən 4 iqlim vilayətinə (tipinə) bölünür: dəniz, kontinental, mülayim-kontinental və musson vilayətləri. Cənub yarımkürəsində isə mülayim qurşağın yalnız dəniz tipi mövcuddur.

See also:

Coğrafiya terminləri lüğəti

müsbət ticarət balansı

Ölkədə ixracın idxaldan çox olması.

M.T.B. yerli istehsalın inkişafı üçün əlverişli şərait yaradır və əsasən, İEÖ üçün xarakterikdir. Neft ixrac edən Cənub-Qərbi Asiya ölkələri də M.T.B.-na malikdir.

See also:

Coğrafiya terminləri lüğəti