yun. oros – dağ + yun. grapho – yazıram, təsvir edirəm
Geomorfologiyanın Yer səthinin relyef formalarını öyrənən sahəsi.
O. relyef formalarını mənşəyindən, yaşından və inkişaf tarixindən asılı olmayaraq zahiri əlamətlərinə görə təsvir edir, onların təsnifatını yaradır.
Coğrafiya terminləri lüğətiBütün okeanların mərkəzi hissələrində yerləşən dağ silsilələri.
Abissal düzənliklər üzərində 2000-3000 metr yüksələn bu dağlar okean dibinin təxminən 15%-ni əhatə edir, onların ümumi uzunluğu 70 min km-ə çatır. Həmin strukturlarda yeni okean Yer qabığının formalaşması prosesi gedir. O.O.D.S. okean tavalarının hərəkəti nəticəsində yaranıb və fəal vulkanizmi, seysmikliyi ilə fərqlənir. Zirvələrinin səthə çıxdığı yerlərdə ada əmələ gəlir (məs.: Havay, İslandiya adaları). O.O.D.S.-nin mərkəzində fəal seysmikliyə malik rift dərələri olur.
Coğrafiya terminləri lüğətilat. temperatura – normal vəziyyət
Müəyyən zaman kəsiyində vaxtaşırı qeydə alınan temperatur dərəcələrinin orta göstəricisi.
Gündəlik O.T.-u müəyyənləşdirmək üçün, adətən, temperatur gün ərzində 8 dəfə (3 saatdan bir) ölçülür və ölçmələrin cəmi 8-ə bölünür. Aylıq O.T. ay ərzində orta sutkalıq (gündəlik) temperaturların cəmini günlərin sayına, illik O.T. isə il ərzində orta aylıq temperaturların cəmini ayların sayına bölməklə tapılır.
Coğrafiya terminləri lüğətiMal-qaranı otarmaq, habelə yem ehtiyatı hazırlamaq üçün istifadə edilən ot bitkiləri ilə örtülü geniş ərazi.
Təbii və süni O.-lar, öz növbəsində, ilboyu istifadə edilən və mövsümi O.-lara bölünür. Süni O.-lar ot toxumu səpmə və suvarma yolu ilə yaradılır. Ərazinin relyef və iqlim xüsusiyyətlərindən asılı olaraq yay və qış O.-ları fərqləndirilir. Azərbaycanda yay O.-ları alçaq və qismən orta dağlıq ərazilərdə, qış O.-ları isə düzənlik ərazilərdə yerləşir.
Coğrafiya terminləri lüğətiQurunun dəniz səviyyəsindən 200 m-ə qədər hündürlükdə yerləşən sahəsi.
Dəniz səviyyəsindən aşağıda olan O. da mövcuddur (məsələn, Azərbaycanda Xəzərsahili O.). Fiziki xəritədə O. yaşıl rənglə göstərilir. O.-ların səthi düzənlik, qismən təpəliklərdən ibarətdir və əsasən, çökmə süxurlarla örtülüdür. Yüksəklik və yaylalardan fərqli olaraq O.-lar akkumulyativ relyef formalarına aiddir. Bütün quru sahəsinin 32,3%-ni O.-lar təşkil edir.
Coğrafiya terminləri lüğətiyun. metallurgeo – metal emal edirəm
Metal ovuntularının alınması və onlardan məhsul hazırlanması texnologiyası, metallurgiyanın yeni sahəsi.
Adi metallurgiyada məmulatları əritmə, tökmə, qaynar basma, döymə üsulları ilə alırlar. O.M.-da isə məmulat çox kiçik diametrli toz dənəciklərinin soyuq basma və bişirilmə üsulu ilə hazırlanır. Bu, iqtisadi səmərəni artırır – tullantı olmur, maya dəyəri aşağı düşür; keyfiyyəti yüksəldir – məhsula istənilən elektrik və maqnit xassəsi verilir; metallarla qeyri-metalların kompozisiyasından vahid detal, məsələn, metal-keramik ucluqlar, özüyağlanan diyircəklər istehsal etmək imkanı yaradır.
Coğrafiya terminləri lüğətiyun. oikumene < oikeo – məskunlaşdırıram
Yerin insanlar tərəfindən daimi məskunlaşmış hissəsi.
Termin ilk dəfə e.ə. VI əsrdə yunanların yaşadıqları əraziləri dünyanın başqa hissələrindən fərqləndirmək üçün coğrafiyaşünas Miletli Hekateus tərəfindən işlədilib. Sonradan insanların məskunlaşdırdıqları bütün əraziləri O. adlandırmağa başlayıb. XIX əsrdə terminin digər Avropa dillərində yayılması nəticəsində onun ikili yazılış forması və müxtəlif izahları ortaya çıxıb. O. əvvəlki “məskunlaşmış dünya” mənasını saxlayıb. “Ekumen”ə isə digər coğrafi, dini, mədəni izahlar verilib; məsələn, Merriam-Vebster (ABŞ) lüğətinə “ekumen”in daha iki coğrafi-antropoloji izahı daxil edilib: a) dövlətin ən sıx əhaliyə və nəqliyyat şəbəkəsinə malik mərkəzi hissəsi; b) inkişafda geri qalmış qonşu regionların asılı olduqları yüksək səviyyəli mədəniyyət mərkəzi.
Coğrafiya terminləri lüğətiisv. as – tirə
Qədim buzlaq çöküntülərindən (qum, çınqıl, buzlaq daşı və s.) əmələ gələn uzun, ensiz və alçaq, dalğavarı tirələr.
O.-ın uzunluğu, adətən, 30-40 km-ə çatır, eni bir neçə m-dən bir neçə kilometrə qədər, hündürlüyü 15-50 m, bəzən 100 m-dək olur. Onlar İsveç və Finlandiyada, habelə Rusiyanın Avropa hissəsinin şimalında yayılıb.
Coğrafiya terminləri lüğətiyun. ozon – iyli
Günəş şüalarının, işığın təsiri altında atmosferdə oksigenin modifikasiyası nəticəsində yaranan qaz.
O. xarakterik kəskin iyli mavi qazdır. Atmosferdən yüksək elektrik cərəyanı keçdikdən, məsələn, ildırım çaxdıqdan sonra da havada O.-un iyi duyulur.
See also:
Coğrafiya terminləri lüğəti