Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

sənaye coğrafiyası

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

İqtisadi coğrafiyanın sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ərazilərdə sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənən sahəsi.

Coğrafiya terminləri lüğəti

səpələnmiş radiasiya

lat. radiato – şüalandırıram

Atmosferdə molekullar və hissəciklər tərəfindən səpələndikdən, diffuziyaya uğradıqdan sonra Yer səthinə çatan günəş radiasiyası.

Günəşin üfüqə doğru əyilməsi, buludluluq və atmosfer çirklənmələri cəm radiasiyada S.R.-nın həcmini artırır (məs.: günəş radiasiyası, düz radiasiya).

Coğrafiya terminləri lüğəti

sırsıra

Küləksiz, şaxtalı havada su buxarının bilavasitə atmosfersublimasiyaya uğraması nəticəsində ağacların budaqlarına, məftillərin və b. əşyaların üzərinə çökən yumşaq buz kristalları.

S., adətən, temperaturu mənfi 15°-dən aşağı olan, rütubətlə tam doymuş dumanlı havada əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

siklon

yun. kyklon – fırlanan

Atmosferin alçaq təzyiq sahəsi ətrafında havanın genişmiqyaslı burulğanlı hərəkəti.

Minimum təzyiq S.-un mərkəzi hissəsində yerləşir. S.-lar tropiktropikdənkənar olmaqla iki yerə bölünür. S. maksimum bir həftəyə qədər fəaliyyətdə olur; onun orta hərəkət sürəti saatda 40 km-ə çatır. Tropik S.-lar daha çox Asiyanın cənubu və şərqi üçün xarakterikdir. İlin isti dövründə Karib dənizində yaranan bəzi tropik S.-lar Meksika və ABŞ ərazisinə ciddi ziyan vurur. S. sahəsində küləklər hər iki yarımkürədə atmosferin alt qatlarında mərkəzə meyil edərək Şimal yarımkürəsində saat əqrəbi istiqamətinin əksinə, Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində əsir.

See also:

Coğrafiya terminləri lüğəti

Silur dövrü

Böyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "silures" sözündən

Yerin geoloji inkişaf tarixində Paleozoy erasının üçüncü dövrü.

Təxminən 443 milyon il əvvəl başlanıb, 419 milyon il əvvəl sona yetib, 24 milyon il davam edib. Bu dövr Üst və Alt S. olmaqla iki hissəyə bölünür. S.D.-ndə böyük vulkan püskürmələri və dağəmələgəlmə prosesi baş verib. Qədim Lavrasiya materikinin yaranması bu mərhələyə təsadüf edir.

See also:

Coğrafiya terminləri lüğəti

Silur sistemi

Böyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "silures" sözündən + yun. systema – hissələrdən ibarət bütöv

Paleozoy erasının dağ süxurlarına aid aşağıdan üçüncü süxur sistemi.

Bu sistemə daxil olan çökmə süxurlar Silur dövründə formalaşıb, OrdovikDevon sistemlərinin arasında yerləşir. S.S.-ni 1835-ci ildə ingilis geoloqu Roderik Murçison ayırıb.

Coğrafiya terminləri lüğəti

sinekliz

yun. syn – birlikdə + yun. enklisis – əyilmə

Əsasən, qədim platforma sahələrində əyilmiş ərazilər.

S. daha çox ovalıqlara uyğun gəlir, anteklizdən fərqli olaraq qalın çökmə süxurlar qatının olması (3-4 km-ə qədər) ilə səciyyələnir. Cənubi Amerika platformasında Amazon və Orinoko S.-ləri, Şərqi Avropa platformasında Vilyuy, Moskva, Mezen və Baltik S.-ri mövcuddur.

Coğrafiya terminləri lüğəti