Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

xrizoberil

yun. chrysos – qızıl + yun. beril

Rombik sinqoniyada kristallaşaraq lövhəcik formalı kristallar əmələ gətirən mineral.

X. üçün ikiləşmə və üçləşmələr xarakterikdir. Rəngi sarımtıl, sarımtıl-yaşıl olur. Zümrüdü-yaşıl (süni işıqda bənövşəyi-qırmızı) xromlu X. aleksandrit, sürməyiyə çalarlı, qızılı-sarı X. simofan adlanır. Şüşə parıltılıdır.

See also:

Coğrafiya terminləri lüğəti

xromşpinelidlər

Şpinelidlər qrupuna aid kubik sinqoniyaminerallar.

Adətən, dənəli sal aqreqatlar, nadir hallarda oktaedr formalı kristallar əmələ gətirir. Rəngi qaradan qonuru-qarayadək dəyişir.

Coğrafiya terminləri lüğəti