yun. keras (keratos) – buynuz + yun. argyros – gümüş
Xloridlər sinfinə aid kubik sinqoniyalı mineral.
Kristalları nadirdir. Adətən boz rəngli mumabənzər kütlə əmələ gətirir. İlkin gümüş mineralları olan filiz yataqlarının oksidləşmə zonalarında əmələ gəlir. Gümüş filizidir.
Coğrafiya terminləri lüğəti