lat. deflatio – üfürmə, sovurma
Küləyin təsiri ilə süxurların, torpağın aşınması, dağılması və aşınma materialının sovrulub başqa yerə aparılması prosesi.
Daşlı səhraların, qum təpələrinin (barxan və dyunlar) formalaşmasında D. mühüm rol oynayır. İnsan fəaliyyətinin genişlənməsi ilə əlaqədar D. prosesi də güclənib; Yer kürəsində D.-ya məruz qalmış sahələr bir neçə yüz milyon hektara çatıb.
Coğrafiya terminləri lüğətilat. decretum – qərar
Bəzi ölkələrdə yayda saat əqrəbini beynəlxalq qurşaq vaxtından 1 saat irəli, qışda 1 saat geri çəkilməklə dövlət tərəfindən müəyyənləşdirilən vaxt.
Bu müvəqqəti dəyişiklik gündüz işığından iş günü ərzində daha səmərəli istifadə etmək, elektrik enerjisi məsrəfini azaltmaq məqsədilə həyata keçirilir.
Coğrafiya terminləri lüğətiüçbucaq şəklində olan yunan hərfinin adından
Çayın gətirdiyi çöküntülərin onun mənsəbində yaratdığı, axın istiqamətində genişlənən relyef forması.
D.-da çay çoxlu qollara ayrılır. Görünüşünə görə yelpikvarı (Nilin D.-sı), saçağabənzər (Missisipinin D.-sı), qövsvarı (Lenanın D.-sı), dimdiyəoxşar (Tibrin D.-sı) D.-lar fərqləndirilir. Planetin ən böyük D.-sı Qanq, Meqxnin və Brahmaputra çaylarının Hind okeanı sahilində formalaşdırdığı Benqal D.-sıdır.
Coğrafiya terminləri lüğətilat. demarcatio – ayırma
Həmsərhəd ölkələr arasındakı mübahisəli ərazini ayıran, yaxud münaqişədə olan tərəflər arasında müvəqqəti sülh dövründə sərhədlər razılaşdırılana qədər xüsusi saziş əsasında müəyyənləşdirilmiş xətt.
1953-cü ildə Koreya yarımadasında Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası arasında 4 km enində, 1974-cü ildə Kipr adasında yunan və türk qisimləri arasında 3,3 m – 7,4 km enində D.X. qurulub.
Coğrafiya terminləri lüğətilat. de – qeyri, olmayan + lat. militaris – hərbi
1. Müəyyən ərazidə hərbi obyektlərin, qurğuların ləğv edilməsi və bu ərazidə hərbi qüvvələr yerləşdirməyin qadağan olunması.
2. Beynəlxalq qanunlar, yaxud sazişlər əsasında bir dövlətə hərbi qüvvələr, hərbi sənaye yaratmağın qadağan olunması.
Avropada Kipr, Aland, Şpitsbergen adalarında, Asiyada Koreya, Hind-Çin, Ərəbistan və Sinay yarımadalarında D. zonaları mövcuddur.
Coğrafiya terminləri lüğətiyun. demos – xalq + yun. kratos – hakimiyyət
Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu, insan hüquqlarının, qanunların aliliyinin rəhbər tutulduğu dövlət idarəçiliyi forması.
D. hakimiyyət bölgüsü, qərarların qəbul edilməsi prosesində xalqın bilavasitə iştirakı, hakimiyyətin xalq qarşısında hesabatlılığı prinsiplərinə əsaslanır. Demokratik ölkələrin özlərində də siyasi sistemlər arasında böyük fərqlər mövcuddur. Belə dövlətlərə parlament respublikaları, prezident respublikaları, qarışıq sistemli və hətta konstitusiyalı monarxiya sisteminə malik ölkələr daxildir.
Coğrafiya terminləri lüğətiyun. demos – xalq + yun. grapho – yazıram, təsvir edirəm
Əhalinin təbii azalması prosesi.
Əhalinin təkrar artımının I tipinə aid olan ölkələrdə ölüm hallarının sabitləşməsi şəraitində doğumun azalması təmayülü aydın nəzərə çarpır, bu isə müntəzəm olaraq əhalinin təbii artımının azalmasına səbəb olur. Əhali arasında yaşlıların artması və uşaqların azalmasında sosial-iqtisadi amillər əsas rol oynayır. Bu amillər sırasına urbanizasiya prosesinin sürətli inkişafı, qadınların ictimai istehsala geniş cəlb olunması, əhalinin mədəni-məişət və s. tələbatının kəskin şəkildə yüksəlməsi, gec evlənmə, boşanma hallarının artması və s. daxildir. D.B.-ın baş verdiyi ölkələrdə doğumun və təbii artımın yüksəldilməsinə yönəldilən siyasət həyata keçirilir.
Coğrafiya terminləri lüğətiDövlət orqanlarının, sosial institutların əhalinin artımı və təkrar artımını tənzimləmək sahəsində müəyyənləşdirdikləri məqsədlər, habelə bu məqsədlərə nail olmaq üçün həyata keçirdikləri tədbirlər, istifadə etdikləri üsullar.
D.S.-in obyekti – bütün ölkə əhalisi, yaxud ayrı-ayrı əhali qrupları (regionlar, yaş və cins tərkibi və s. göstəricilər üzrə); məqsədi – artım sürətini yüksəltmək (azaltmaq), miqrasiyanı istiqamətləndirmək, əhalinin keyfiyyət xarakteristikasını dəyişmək ola bilər. Buna nail olmaq üçünsə dövlət birbaşa (qanunların qəbul edilməsi, artımın stimullaşdırılması) və dolayı (müəyyən regionlarda həyat şəraitinin xüsusi yaxşılaşdırılması, gənclər üçün güzəştlər, ictimai rəyin yönləndirilməsi) yollarla tədbirlər görür.
Coğrafiya terminləri lüğətiƏhalinin təbii, mexaniki, təkrar artımının qanunauyğunluqlarını, onun tərkibini, yerləşməsinin sosial-iqtisadi proseslərlə əlaqəsini öyrənən elm sahəsi.
Bu elm sahəsi XIX əsrin ikinci yarısında formalaşıb. D. terminini elmə fransız alimi Jan-Klod Açil Qilyar gətirib.
Coğrafiya terminləri lüğəti