Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

denudasiya

lat. denudatio – çılpaqlaşma

Aşınma materiallarının külək, axar sular, buzlaqlar və əsasən, ağırlıq qüvvəsi təsiri altında hündürlükdə yerləşən ərazilərdən aşağı sahələrə daşınması.

D. Yer səthini hamarlayan başlıca fiziki-kimyəvi proseslərdən biridir. Bu proses nəticəsində çökəkliklər dolur, dağlıq relyef isə son mərhələdə səthi zəif dalğalı düzənliyə çevrilir və buna D. düzənliyi deyilir.

Coğrafiya terminləri lüğəti

denudasiya platosu

lat. denudatio – çılpaqlaşma + fr. plat – hamar

Ətraf ərazilərə nisbətən xeyli hündürdə yerləşən, denudasiya proseslərinin tektonik qalxma proseslərini üstələdiyi sahə, relyef forması.

D.P. tektonik qalxmaya məruz qalmış ərazinin səthinin hamarlanması yolu ilə yaranır.

See also:

Coğrafiya terminləri lüğəti

denudasiya səthləri

Tektonik proseslərin uzun müddət zəiflədiyi dövrdə denudasiya prosesi nəticəsində yaranmış və müxtəlif hündürlüklərdə yerləşən səthlər.

D.S.-nin öyrənilməsi geniş ərazilərin relyefinin inkişaf tarixinin əsas tədqiqat metodlarından biridir.

See also:

Coğrafiya terminləri lüğəti

depressiya

lat. depressio – enmə

1. Formasından və mənşəyindən asılı olmayaraq dibi dəniz səviyyəsindən aşağıda yerləşən çökəklik.

Xəzər dənizi və Ölü dəniz dibi su ilə dolmuş, Turfan və Sarıqamış çökəklikləri isə dibi quru D.-lardır. Çox zaman Yer səthində istənilən çökəkliyi D. forması adlandırırlar.

2. Bax: tektonik depressiya.

3. Hava axının istənilən iki nöqtəsi arasında təzyiq fərqi.

Hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət edərək külək yaradır.

See also:

Coğrafiya terminləri lüğəti

Devon dövrü

Böyük Britaniyada Devonşir qraflığının adından

Yerin geoloji inkişaf tarixində Paleozoy erasının dördüncü dövrü.

Təxminən 419 mln. il əvvəl başlanıb və 60 mln. il davam edib, 360 mln. il əvvəl isə bitib. D.D.-ndə okean çəkilib, qabarıb və yenidən çəkilib, canlı aləm zənginləşib: bir çox balıq növləri, suda-quruda yaşayanlar, sporlu bitkilər yaranıb.

See also:

Coğrafiya terminləri lüğəti

Devon sistemi

Böyük Britaniyada Devonşir qraflığının adından + yun. systema – hissələrdən ibarət bütöv

Paleozoy erasının dağ süxurlarına aid aşağıdan dördüncü süxur sistemi.

Bu sistemə daxil olan çökmə süxurlar Devon dövründə formalaşıb; SilurKarbon sistemlərinin arasında yerləşir. D.S.-ni ilk dəfə ingilis geoloqları Roderik Murçison və Adam Secvik ayırıblar.

Coğrafiya terminləri lüğəti

dəniz

Dünya okeanının quruya doğru irəliləmiş və ondan quru sahəsi, o cümlədən yarımada və adalarla qismən təcrid olunmuş hissəsi.

D.-lər okeanın digər sahələrindən suyunun fiziki-kimyəvi xassələri, meteoroloji və iqlim xüsusiyyətləri ilə fərqlənir. Coğrafi mövqeyinə görə D.-lər üç qrupa bölünür:

1. Daxili D.-lər (materiklərarası və materikdaxili).

2. Kənar D.-lər.

3. Adalararası D.-lər.

Daxili D.-lərə Ağ, Karib, Qırmızı D.-lər aiddir. Kənar D.-lər (Kara, Barens, Oxot və s.) materiklərin sualtı davamı olan və dərinliyi, adətən, 200 m-i keçməyən şelf zonasında yerləşir. Adalararası D.-lər isə əksər hallarda materiklərdən uzaqda, adalar arasında yerləşir – məsələn, Fici, Sulavesi, İrland D.-ləri və s.

Coğrafiya terminləri lüğəti

dəniz buzu

Dünya okeanında dəniz suyunun donması nəticəsində əmələ gələn bütün buz formalarının cəmi.

D.B.-nun başlıca xüsusiyyəti onun şor və məsaməli olmasıdır. Məhz şorluğuna görə orta duzluluğa malik dəniz suyu −1,8°C temperaturda donur. Bu buzun sıxlığı az olduğu üçün (0,85-0,94 q/sm3) onun 1/7-1/10 hissəsi su səviyyəsi üzərinə qalxır, qalanı suyun altında yerləşir. D.B. şirin su buzuna nisbətən daha elastikdir və asan parçalanır. Dənizin buzluluq dərəcəsi 10 ballıq sistemlə ölçülür: 0 bal – tam açıq dənizə, 10 bal – tam buzla örtülü dənizə uyğun gəlir.

Coğrafiya terminləri lüğəti

dəniz çöküntüləri

Okeanların, dənizlərin dibinə müasir və keçmiş geoloji dövrlərdə toplanmış çöküntülər.

D.Ç. təqribən 3,5-4,0 mlrd. il bundan əvvəl Arxey erasında formalaşmağa başlayıb, milyard illərlə üst-üstə yığılıb və hazırda Yer qabığının çökmə süxurlar həcminin 75%-dən çoxunu təşkil edir. Mənşəyinə görə D.Ç. terrigen, homogenbiogen növlərə ayrılır, yayıldıqları dərinliyə görə isə litoral, neritbatialabissal çöküntülərə bölünür.

Coğrafiya terminləri lüğəti