lat. accumulatio – toplanma
Axar su, buzlaq, dəniz, külək, vulkanların və s.-nin fəaliyyəti nəticəsində çöküntülərin, üzvi qalıqların quruda, yaxud su hövzəsinin dibində toplanması.
A.-lar onların yaranmasına səbəb olan əsas geoloji amilə görə növlərə bölünür (məs.: su A.-sı, külək A.-sı və s.). Yer kürəsində bir sıra relyef formaları bu proses nəticəsində əmələ gəlib (məs.: Kür-Araz ovalığı, Qərbi Sibir düzənliyi və s.). A. düzən ərazilərdə özünü daha intensiv büruzə verir: Yer səthini hamarlayır, platforma çökəkliklərini doldurur, müxtəlif faydalı qazıntıların yaranmasına səbəb olur.
Coğrafiya terminləri lüğətiMənfi relyef formalarının axar su, buzlaq, dəniz, küləklərin və s.-nin topladığı çöküntülərlə dolması nəticəsində yaranmış hamar sahə.
A.D.-lərin səthi az kələ-kötürlü, hündürlüyü 200 m-dən az olur. Çox zaman akkumulyasiya prosesində yığılan çöküntülər, üzvi qalıqlar platformaların çökdüyü ərazilərdə geniş ovalıqlar əmələ gətirir: Amazon, Atlantiksahili, La-Plata, Hind-Qanq, Missisipi, Kür-Araz, Turan və s.
Coğrafiya terminləri lüğətiDəniz, çay, buzlaq, qravitasiya və s. çöküntülərinin, vulkan məhsullarının (lava, vulkan külü) toplanması nəticəsində əmələ gələn relyef formalarının ümumi adı.
Müvafiq olaraq mənşəyinə görə fərqlənən su A.R. forması (gətirmə konusu, delta), buzlaq A.R. forması (moren, drumlin), eol A.R. forması (dyun, barxan), qravitasiya A.R. forması (torpaq sürüşmələri, uçqunlar), vulkan A.R. forması (vulkan konusu) və s. mövcuddur. Bioloji proseslər, həmçinin insan fəaliyyəti nəticəsində yaranan A.R. tipləri (mərcan rifləri, terrikon təpələr) də var.
Coğrafiya terminləri lüğətilat. accessorius – əlavə
Dağ süxurlarının tərkibində miqdarca çox az, lakin xarakterik – süxurların mənşəyini, yaşını dəqiqləşdirməyə kömək edən minerallar.
Belə minerallar, adətən, süxurların 1%-dən az hissəsini təşkil etdikləri üçün onların təsnifatına təsir göstərmir.
See also:
Coğrafiya terminləri lüğətilat. aktualis – müasir
1. Qədim geoloji proseslərin təbiət hadisələri haqqında müasir biliklər əsasında öyrənilməsini və izahını zəruri hesab edən nəzəriyyə.
2. Yerin inkişaf tarixinin və geoloji proseslərin elmi şəkildə öyrənilməsi üçün tətbiq olunan metod.
A. metodu “müasirlik – keçmişin dərk edilməsi üçün açardır” prinsipinə və keçmiş dövrlərdəki geoloji proseslərin müasir geoloji proseslərə oxşarlığına əsaslanır. Bu metodun əsas ideyasını XVIII əsr şotland geoloqu Ceyms Hatton verib. 1830-cu ildə ingilis geoloqu Çarlz Layell həmin ideyanı inkişaf etdirib. Hazırda A. metodu ilə müasir geoloji proseslər və onların nəticələri (çöküntülər, vulkan məhsulları, relyef və s.) keçmişdə baş vermiş geoloji proseslərlə əlaqəli şəkildə hərtərəfli öyrənilir.
Coğrafiya terminləri lüğətilat. agua – su + lat. territorium – ərazi
Okeanın, dənizin, limanın və s.-nin hüdudları daxilində müəyyən şərti sərhədlərlə ayrılmış su sahəsinin səthi.
Təbii A.-lar okean, dəniz, körfəz, təbii göllərin, süni A.-lar isə quruda yaradılmış nohur, kanal və su anbarlarının səthindən ibarətdir. A.-lar gəmilərin dayanması, yüklənməsi, yaxud boşaldılması, hidroplanların enməsi və qalxması, yarışların və təlimlərin keçirilməsi və s. məqsədlər üçün istifadə olunur.
Coğrafiya terminləri lüğəti1. İri şəhərin təsir dairəsinə cəlb olunaraq onunla sıx sosial-iqtisadi əlaqələr qurmuş nisbətən kiçik və bir-birinə yaxın yaşayış məntəqələrinin toplusu.
Monosentrik (əsasən, bir böyük şəhər ətrafında toplanma) və polisentrik (bir neçə böyük şəhər ətrafında birləşmə) A.-lar mövcuddur. Avropa və Şimali Amerikada A.-lar XIX əsrin ortalarında yaranıb. XX əsrin ikinci yarısından etibarən isə A.-lar daha çox inkişaf etməkdə olan ölkələrdə (İEOÖ), xüsusilə Latın Amerikasında, Çində və Hindistanda formalaşır. Dünyanın ən böyük şəhər A.-larına Tokio, Pekin, Şanxay, Honkonq, Mumbay, Cakarta, Banqkok, Moskva, İstanbul, Paris, Mexiko, Nyu-York, San-Paulu, Rio-de-Janeyro, Buenos-Ayres, Los-Anceles və s. aiddir.
2. Filiz qırıntılarının və tərkibində metal olan tullantıların termik emal prosesində birləşərək külçə əmələ gətirməsi.
See also:
Coğrafiya terminləri lüğətilat. agros – tarla, əkin yeri + lat. complexus – əlaqə, uyğunlaşma
Kənd təsərrüfatı məhsulunun istehsalı, emalı üzrə bir-biri ilə əlaqədar olan aqrar sahələrin və sənaye sektorlarının cəmi.
A.S.K.-nə kənd təsərrüfatı məhsullarının tədarükünü, saxlanılmasını həyata keçirən, həmçinin onların emalı ilə məşğul olan (meşə sənayesi, yeyinti sənayesi, qismən yüngül sənaye və s.), kənd təsərrüfatı üçün maşın və avadanlıq istehsal edən sahələr, əsaslı tikinti sektoru daxildir.
Coğrafiya terminləri lüğətilat. aggregatus – birləşdirilmiş
Süxur əmələ gətirən mineral dənəcik və ya kristallarının toplusu və ya bitişmiş vəziyyəti.
Sadə (monomineral) A.-lar bir mineral kristallarının, mürəkkəb A.-lar (polimineral) isə müxtəlif mineral kristallarının toplusundan ibarətdir; məsələn, mərmər – kalsitin sadə A.-ı, qranit – şpat, kvars və mikanın mürəkkəb A.-ıdır.
Coğrafiya terminləri lüğəti