yun. epi – üstdə + lat. continent – davam edən torpaq
Dünya okeanının transqressiyası dövründə materiklərin kənar hissələrinin enməsi, yaxud okeanda su səviyyəsinin qalxması nəticəsində əmələ gəlmiş materiküstü dəniz.
Oxot, Kara, Barens və s. dənizləri belə su hövzələrindəndir.
Coğrafiya terminləri lüğətilat. aera – başlanğıc rəqəm
Geologiyada eonların bölündüyü geoxronoloji vaxt vahidi.
Müasir dövrümüzə qədər davam edən ikinci geoloji eon – Fanerozoy – üç E.-ya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy. Lakin Kembriyəqədərki birinci eonun (Kriptozoy) E. bölgüsündə elmdə vahid mövqe yoxdur. Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib etdiyi geoloji vaxt xəritəsinə görə, bu eon üç hissəyə ayrılır: Heyden, Arxey, Proterozoy. Digər xəritələrdə ya iki E. göstərilir (Arxey və Proterozoy), ya da üçüncü E. fərqli adlandırılır: Katarxey. Bəzi elmi mənbələrdə isə hətta Arxey, Proterozoy və Katarxey də E. olaraq deyil, ayrıca eonlar kimi göstərilir. E.-lar, öz növbəsində, geoloji dövrlərdən təşkil olunur.
See also:
Coğrafiya terminləri lüğətilat. aera – başlanğıc rəqəm + yun. thema – müzakirə mövzusu
Hər hansı geoloji eraya aid süxur qatları, qalıqlar və çöküntülər.
E. litosferin, hidrosferin və üzvi aləmin (biosferin) eon daxilində inkişafının böyük mərhələlərini əks etdirir. Bu termini elmə 1966-cı ildə amerikalı geoloq Hollis Hedberq daxil edib.
Coğrafiya terminləri lüğətiər. – qum dənizi
Şimali Afrikada qum massivləri.
E.-də çoxlu barxan və dyunlar, həddən artıq zəif bitki örtüyü olur. Böyük Səhrada onlarca E. var. E.-lərdə hündür təpələr arasında nazik qum örtüyü olan keçidlər mövcuddur ki, bunlardan karvan və avtomobillərin hərəkəti üçün istifadə edilir. Şimali Afrikada ən iri qumlu səhra massivləri Böyük Şərqi və Böyük Qərbi E.-lərdir.
Coğrafiya terminləri lüğətilat. erosio – yuyulma, aşınma
Axar suların, buzlaqların, küləyin süxurları, torpaqları aşılayaraq parçalaması prosesi.
E. nəticəsində səth dağılır, yarğanlar, spesifik relyef formaları (məsələn, eol sütunları) əmələ gəlir, su hövzələrinin yatağı dərinləşir və genişlənir. E. prosesində süxurların mexaniki parçalanması, yuyulması, sovrulması və cilalanması, sular vasitəsilə kimyəvi həlli hadisələri baş verir. E. iki cürdür: səthi, yaxud yan (üfüqi) E. və şaquli, yaxud dərinlik E.-sı. Səthi E. üfüqi istiqamətdə inkişaf edir, torpağın münbit qatının dağılması, çay yatağının genişlənməsi və s. formalarda özünü büruzə verir; şaquli E. isə dərələrin, erozion dağların yaranması, çay yatağının dərinləşməsi və s. ilə nəticələnir. Denudasiya da E.-nın formalarından biridir.
See also:
Coğrafiya terminləri lüğətilat. erosio – yuyulma + yun. basis – əsas, özək
Çayın öz qüvvəsini itirib daha yatağını dərinləşdirə bilmədiyi sonuncu səviyyə.
E.B.-nin qalxması çayın sürətinin azalmasına və yan eroziyanın güclənməsinə səbəb olur. Nəticədə çay dərəsi genişlənir və meandrlar əmələ gəlir. Çayların töküldüyü hövzə – dəniz, göl və çay onların E.B. hesab olunur; məsələn, Xəzər dənizi Volqa və Kür çaylarının, Kür çayı isə Araz çayının E.B.-dir. Planetin çaylarının əsas E.B. Dünya okeanıdır.
Coğrafiya terminləri lüğətiTorpaq eroziyasının başvermə səbəbləri və inkişaf qanunauyğunluqlarını araşdıran, eroziyaya uğramış və eroziya təhlükəsi olan torpaqları, onların bərpa metodlarını, habelə eroziyadan mühafizə üsullarını öyrənən elm sahəsi.
E. torpaqşünaslığın müstəqil bir bölməsi kimi formalaşıb, bu elm sahəsinin obyekti müxtəlif təbii və təsərrüfat şəraitində baş verən su və külək eroziyası prosesləridir.
Coğrafiya terminləri lüğətiYamacları torpaq eroziyasından qorumaq üçün tətbiq edilən tədbirlər silsiləsi.
Kənd təsərrüfatı bitkilərinin əkilməsi və becərilməsi zamanı eroziyaya qarşı aqrotexniki tədbirlər görmək üçün yamaclar eninə zolaqla, konturla və ya laylar çevrilmədən şumlanır, pilləli şum, şırımaçma, çoxillik ot əkinində oyuqaçma, torpaqqoruyucu növbəli əkin sistemi tətbiq olunur. Yamacların, çay sahillərinin bərkidilməsi, torpaqqoruyucu meşə zolaqlarının salınması kimi üsullar da E.Q.T. sırasına daxildir.
Coğrafiya terminləri lüğətilat. aestuarium – su basmış çay mənsəbi
Dənizə doğru genişlənən konus formalı, birqollu çay mənsəbi.
Qabarma və çəkilmənin, dəniz cərəyanlarının təsiri ilə çayların mənsəbinə gətirdiyi çöküntülər, qırıntılar daim yuyulur, nəticədə gəmiçilik üçün əlverişli olan geniş və dərin E. yaranır. Dünyanın ən nəhəng E.-lərindən biri Fransada Biskay körfəzinə açılan Jironda E.-sidir. Onun dərinliyi 8 metr, uzunluğu 75 km-ə yaxındır. Amazon, Parana, Konqo, Müqəddəs Lavrenti, Kolorado, Yenisey, Temza, Ob, Yansızı çaylarının mənsəbində də böyük E.-lər var.
Coğrafiya terminləri lüğəti