Hər hansı ərazidə (ölkədə, regionda və s.) yaşayan insanların müxtəlif göstəricilərinə – yaşına, cinsinə, irqi, etnik, dini mənsubiyyətinə, yaşayış yerinə, savad dərəcəsinə, gəlirlərinin səviyyəsinə, ailə vəziyyətinə, məşğuliyyətinə görə qruplara bölünməsi.
Ə.T. dünyanın əksər ölkələrində 5-10 ildən bir keçirilən siyahıyaalma zamanı öyrənilir. Ə.T. haqda məlumatlar cəmiyyətin strukturunun, cəmiyyətdə gedən bioloji və sosial proseslərin araşdırılması, daxili siyasətdə buna uyğun dəyişikliklərin aparılması, iqtisadiyyatın təşkili və s. baxımdan mühüm əhəmiyyətə malikdir.
See also:
Coğrafiya terminləri lüğətiHəyat prosesində nəsillərin bir-birini əvəz etməsi.
Ə.T. demoqrafiyanın araşdırdığı əsas predmetdir: təzələnmə nəticəsində əhalinin sayı, cəmiyyətin strukturu dəyişir, sosial münasibətlərdə dəyişikliklər baş verir. Bu prosesə təsir göstərən bütün parametrlərin cəminə Ə.T. rejimi deyilir.
See also:
Coğrafiya terminləri lüğəti1. Kənd təsərrüfatının ərzaq və yem bitkiləri, texniki bitkilər və s. becərilməsi ilə məşğul olan ən mühüm sahələrindən biri.
2. Aqronomiyanın kənd təsərrüfatı bitkilərinin becərilməsinin, həmçinin torpaqdan səmərəli istifadə etməyin, yüksək məhsul almaq üçün torpağın münbitliyini artırmağın üsullarını öyrənən və tətbiq edən bölməsi.
See also:
Coğrafiya terminləri lüğətiyun. metallurgeo – metal emal edirəm
Ağır sənayenin əlvan metalların və onların xəlitələrinin, habelə qiymətli metalların (qızıl, gümüş, platin) istehsalı ilə məşğul olan sahəsi.
Bəzi ölkələrdə bu cür metalların hasil edilməsi və onların yataqlarının istismarı da Ə.M.-ya daxildir. Bundan başqa, Ə.M. məhsullarına bir sıra kimyəvi birləşmələr, mineral gübrələr, tikinti materialları aiddir. İstehsal prosesi mürəkkəb olan Ə.M. sənayenin ən enerji tutumlu sahələrindəndir. Əlvan metallar isə dəmirdən və onun xəlitələrindən başqa, bütün metalların və xəlitələrinin ümumi adıdır. Onlar fiziki göstəricilərinə və bir çox xassələrinə görə fərqlənən ağır metallardan (mis, qalay, sink, qurğuşun, nikel, civə və s.) və yüngül metallardan (alüminium, titan, maqnezium və s.) ibarətdir.
Coğrafiya terminləri lüğətiÖzünün fiziki və əqli imkanlarına görə ictimai əməkdə iştirak etmək qabiliyyətinə malik əhali.
Ə.Q.Ə.-yə həm işləyən şəxslər, həm də potensial işçilər, o cümlədən evdar qadınlar, tələbələr, hərbi xidmətdə olan gənclər daxildirlər. Hər ölkədə yerli ictimai-iqtisadi şəraitdən asılı olaraq Ə.Q.Ə. üçün müxtəlif yaş həddi müəyyənləşdirilir. Adətən, bu hədd 15-65 (qadınlar üçün 60) yaş həddində olur.
Coğrafiya terminləri lüğətiyun. energeia – fəaliyyət, hərəkət
Ənənəvi üsullarla enerji hasil etmək üçün uzun müddətdir istifadə olunan mənbələr.
Bunların əksəriyyəti bərpa olunmayan enerji mənbələrindən – bitki və heyvan qalıqlarından formalaşmış faydalı qazıntılardan ibarətdir: kömür, neft, qaz, yanar şist və s. Eyni zamanda çayların suyu və nüvə parçalanması nəticəsində əldə edilən atom enerjisi də Ə.E.M. sırasına daxildir. 2010-cu ildə dünyada istehsal olunmuş elektrik enerjisinin tam əksəriyyəti Ə.E.M.-ndən istifadə edən istilik, su və atom-elektrik stansiyalarının payına düşüb.
See also:
Coğrafiya terminləri lüğətiQeyri-ənənəvi üsullar və müasir texnologiyaların vasitəsilə enerji hasil etmək üçün istifadə olunan mənbələr.
Ə.O.E.M. – ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələridir. Onların sırasına günəşin elektromaqnit şüalanması (günəş enerjisi), külək (küləyin kinetik enerjisi), okean və dənizlərin suyu (qabarma və çəkilmə, dalğa enerjisi), yeraltı istilik mənbələri (geotermal enerji), biokütlə (bioenerji, kimyəvi enerji) və s. daxildir. XX əsrin 70-ci illərində Yer kürəsində yaranan enerji böhranı yeni, “ənənəvi olmayan”, “bərpa olunan”, yaxud “alternativ” adlandırılan enerji mənbələrinə marağı artırıb. Beynəlxalq proqnozlara görə, 2050-ci ildə bu mənbələr dünyada elektrik enerjisinə olan tələbatın yarısını ödəyə bilər.
See also:
Coğrafiya terminləri lüğətilat. complex – əlaqə, rabitə
İqtisadi coğrafiyada: fərqli bölgələrdə yerləşən və qarşılıqlı əlaqədə olan müxtəlif təsərrüfat sahələrinə aid istehsalat müəssisələrinin birliyi.
Bu komplekslərin formalaşması təbii resurslardan və əmək ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir. Azərbaycanda bir neçə ƏİK yaradılıb: Gəncə-Daşkəsən, Bakı-Sumqayıt, Yevlax-Mingəçevir və Salyan-Şirvan.
Coğrafiya terminləri lüğəti