Kənd təsərrüfatı bitkilərinin inkişafını təmin edən iqlim amilləri.
Bura istilik, işıq, günəş enerjisi, il ərzində düşən atmosfer yağıntılarının miqdarı, qar örtüyü, hava axınları, onların sürəti, istiqaməti və s. resurslar aiddir. A.E.-nın əsas göstəricisi havanın +10°C-dən isti olduğu dövrün temperatur cəmidir. Ayrı-ayrı regionlar müxtəlif səviyyəli A.E.-na malikdir. Qütbətrafı və yüksək dağlıq ərazilərin (Kanadanın şimalı, Qrenlandiya adası, And dağları və s.) A.E. zəifdir. Düzənliklər və orta illik temperaturu +10°C-dən yuxarı olan rayonlarda isə (Şərqi Avropa düzənliyi, Hindistan və Hind-Çin yarımadaları və s.) A.E. zəngindir. Azərbaycanda Kür-Araz ovalığı, Abşeron, Acınohur və s. bölgələr A.E. ilə zəngin rayonlara aiddir.
Coğrafiya terminləri lüğətiKənd təsərrüfatı obyektlərinin iqlim şəraitini, ayrı-ayrı rayonların iqlim amilləri ilə zənginliyini şərti işarələrlə əks etdirən xəritə.
A.X.-ndə havanın +10°C-dən isti olduğu dövrün temperatur cəmi, yağıntıların səviyyəsi, vegetasiya dövrü və s. mühüm göstəricilər qeyd edilir.
Coğrafiya terminləri lüğətiİqlim amillərinin kənd təsərrüfatı istehsalına təsirini öyrənən elm sahəsi, iqlimşünaslığın bölməsi.
A. hava şəraitinin kənd təsərrüfatının inkişafı üçün əlverişlilik baxımından qiymətləndirilməsi, aqroiqlim rayonlaşdırılması ilə məşğul olur, kənd təsərrüfatına ziyanlı atmosfer proseslərinin qarşısının alınması üsullarını hazırlayır və s.
Coğrafiya terminləri lüğətiyun. agros – tarla, əkin yeri + yun. meteora – atmosfer hadisələri + yun. logos – elm
Kənd təsərrüfatı bitkisi növlərinin ərazilər üzrə daha səmərəli yerləşdirilməsi və becərilməsi üçün meteoroloji şəraiti öyrənən elm sahəsi.
A. meteorologiyanın bir şöbəsidir.
Coğrafiya terminləri lüğətiKənd təsərrüfatı bitkilərinin böyüməsinə, inkişafına və məhsuldarlığına mühüm təsir göstərən aqrometeoroloji şəraitin qabaqcadan xəbər verilməsi.
A.P. əkin-biçin vaxtı, məhsul toplanarkən əlverişli hava şəraitindən istifadə etməyə və kənd təsərrüfatı bitkilərini əlverişsiz hava şəraitindən qorumağa imkan yaradır. Onu mərkəzi və ya yerli hidrometeoroloji xidmət idarələri elan edir.
Coğrafiya terminləri lüğətilat. agros – tarla, əkin yeri + yun. nomos – qanun
Bitkiçiliyin və kənd təsərrüfatında torpaqlardan istifadənin elmi-nəzəri, həmçinin təcrübi əsasları.
Dar mənada: A. əkinçilik qaydaları toplusudur. Bu qaydaların böyük qismi hələ Qədim Misir, Yunanıstan və Romada, habelə Çin və Hindistanda insanlara məlum olub.
See also:
Coğrafiya terminləri lüğətilat. agros – tarla, əkin yeri + lat. koinos – ümumi
İnsan fəaliyyəti nəticəsində yaradılmış və qorunub saxlanılan kənd təsərrüfatı istiqamətli biogeosenoz.
A. tarlalardan, bağlardan, plantasiyalardan, suvarılan və süni otlaqlardan və s.-dən ibarətdir. Süni A. təbii senoza nisbətən daha yüksək məhsuldarlığa malikdir: quru sahəsinin 11%-ə qədərini əhatə edən A.-lar planetin ərzaq enerjisinin 90%-ə qədərini yaradır.
Coğrafiya terminləri lüğətilat. agros – tarla, əkin yeri + yun. teknikos – bacarıq, ustalıq
Kənd təsərrüfatı bitkilərinin becərilməsi qaydaları.
A.-nın məqsədi – minimum əmək və vəsait sərf etməklə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, vəzifəsi isə bunu təmin etməkdir. Aqrotexniki tədbirlərə torpağın gübrələnməsi, becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə qulluq, xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul yığımı, həmçinin torpaq səthinin hamarlanması və s. daxildir.
See also:
Coğrafiya terminləri lüğətiyakut. alaas – biçənək
Şimal-Şərqi Sibirdə (Yakutiya və Tümen vilayətlərində) dibi hamar çökək sahə.
A. çoxillik donuşluqlarda yeraltı buzların əriməsi və torpaq səthinin çökməsi nəticəsində yaranır. Onlar diametri bəzən bir neçə kilometrə, dərinliyi 30 m-ə çatan ovallar formasında olur. A. otlarla örtülür, yaxud onun dibində göl yaranır, azmeyilli yamaclarında isə ot bitir. Dünyada ən böyük A. sahəsi 60 km2-ə bərabər Mürü (Yakutiya) A.-dır.
Coğrafiya terminləri lüğətilat. albedo – ağlıq
Yer səthinin (torpağın, suyun, qar və bitki örtüyünün və s.), buludların günəş radiasiyasını əksetdirmə qabiliyyəti.
Yer səthini təzə örtmüş qarın A.-su 80-90%-dir. Bu o deməkdir ki, təzə qar üzərinə düşən radiasiyanın 90%-ə qədərini geri qaytarır. Buludların üst səthinin A.-su 50-55%, qara torpağınkı – 15%, qumunku – 30%, yaşıl çəməninki – 25%, suyunku 5%-dir. Yer səthinin ümumi A.-su təqribən 40% təşkil edir.
Coğrafiya terminləri lüğətiYer kürəsinin ekvatora yaxın coğrafi enliklərinin şərti adı.
A.E. dedikdə ekvatordan 40°-dək şm.e. ilə 40°-dək c.e. arasında qalan enliklər nəzərdə tutulur. Onlar tropik və subtropik qurşaqlara uyğun gəlir, öz ekoloji xüsusiyyətlərinə, heyvan və bitki aləminə görə yüksək enliklərdən fərqlənir.
See also:
Coğrafiya terminləri lüğətilat. minimum – ən az
Sakit okeanın şimalında, Aleut adaları yaxınlığında ilin çox hissəsi atmosferdə fəaliyyət göstərən qapalı alçaq təzyiq sahəsi.
Yanvarda A.M.-nun mərkəz hissəsində atmosfer təzyiqi 750 mm-dən aşağı düşür. O, əsasən, ilin soyuq dövründə yaranır, yayda isə, demək olar ki, yoxa çıxır. Bu ərazidə alçaq atmosfer təzyiqinin formalaşmasına səbəb isti Alyaska cərəyanıdır. Güclü qar yağıntısı və külək nəticəsində A.M. Alyaska və Kamçatka yarımadalarında, Kuril adaları zonasında intensiv siklonun əmələ gətirir.
Coğrafiya terminləri lüğəti