Mərkəzi Avropada yerləşən dağlar qrupunun adından
Paleozoy erasının ikinci yarısında, əsasən, Karbon və Perm dövrlərində baş vermiş dağəmələgəlmə mərhələsi.
Ural, Altay dağları, Tyan-Şanın şimal hissəsi, Mərkəzi Avropa zonasında Çexiya və Bohemiya massivləri, Sudet, Vogez, Arden və Reyn-Şist dağları, Cənubi Afrikada Kap dağları və Avstraliya alpları H.Q.-na aiddir.
See also:
Coğrafiya terminləri lüğətiKənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və heyvan mənşəli ərzaqların hazırlanması ilə məşğul olan xalq təsərrüfatı sahəsi.
H. əhalini süd, yağ, ət, yumurta, yun, dəri və s. ilə təmin edir, H. məhsullarının tullantısından yem, dərman preparatları alınır. H.-a maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq, balıqçılıq, arıçılıq, baramaçılıq, bir sıra digər sahələr daxildir.
Coğrafiya terminləri lüğətiyun. hydor – su + lat. succesio – vərəsəlik
Kiçik göllərdə və bataqlıqlarda baş verən suksessiya prosesi.
Bu prosesə suyun səviyyəsinin aşağı düşməsi və dib qruntunun aerasiyasının güclənməsinə səbəb olan istənilən hadisə təkan verə bilər. H.S.-nın ilk mərhələsində su hövzəsinin səthi kənarlardan başlayaraq su bitkiləri ilə (cil, mamır) örtülür. Hövzə çöküntülərlə dolduqca torpaq təbəqəsi yaranır və inkişaf edir, kollar, ağaclar bitir. Prosesin sonunda gölün (bataqlığın) yerində quru sahə formalaşır.
Coğrafiya terminləri lüğətiyun. hydor – su + alm. energetik < yun. energeia – fəaliyyət
Su axınlarının mexaniki enerjisindən elektrik enerjisi istehsal etməklə məşğul olan energetika sahəsi.
XXI əsrin əvvəlində bütün dünyada istehsal olunan enerjinin təxminən 1/5-i H.-nın payına düşürdü.
Coğrafiya terminləri lüğətiyun. hydor – su + yun. geo – Yer + yun. logos – elm, təlim
Yeraltı sular haqqında elm, geologiyanın bir sahəsi.
H. yeraltı suların əmələgəlmə səbəblərini, yatım şəraitini, hərəkət qanunlarını, rejimini, ehtiyatlarını, fiziki və kimyəvi xassələrini, atmosfer və yerüstü sularla qarşılıqlı əlaqəsini öyrənir.
Coğrafiya terminləri lüğətiyun. hydor – su + yun. grapho – yazıram
Çayda su axınının müəyyən zaman kəsiyində (ay, il) necə dəyişdiyini əks etdirən qrafik.
H. gündəlik su sərfiyyatının göstəriciləri əsasında qurulur, sonra müvafiq olaraq aylıq, rüblük, illik sərfiyyat hesablanır. H. tərtib etdikdə şaquli ox üzrə su axınının həcmi, üfüqi ox üzrə isə zaman vahidləri göstərilir. Adətən, çaylarda yazda su sərfi artır, sonra azalaraq yayda minimum qiymət alır və payızda yenidən çoxalır.
Coğrafiya terminləri lüğəti1. Qurunun su obyektlərinin – çayların, göllərin, bataqlıqların, sututarların və ya onların ayrı-ayrı hissələrinin mənşəyini, fiziki-coğrafi şəraitini, istifadə formalarını öyrənən elm sahəsi.
H. – hidrologiya elminin bir bölməsidir.
2. Okean, dəniz, göl, çay və sututarlarda gəmiçiliyin təhlükəsizliyini təmin edən tədbirlər sistemi.
Coğrafiya terminləri lüğəti