İqlim şəraitinin oxşarlığına görə Yer səthinin bölündüyü enlik qurşaqları, iqlimlərin ən böyük təsnifat forması.
İ.Q. başlıca olaraq temperatur və yağıntı rejimi ilə səciyyələnir. Onlar, əsasən, ekvatora paralel şəkildə materiklərdən və okeanlardan keçməklə Yer kürəsinin ətrafına dolanır. İ.Q.-nın bir neçə təsnifatı mövcuddur. Rus iqlimşünası Alisovun təklif etdiyi, coğrafiya elmində daha çox istifadə olunan təsnifata görə, Yer kürəsi 13 İ.Q.-na ayrılır: 1 ekvatorial qurşaq, 2 subekvatorial qurşaq, 2 tropik qurşaq, 2 mülayim qurşaq, 2 subtropik qurşaq, 2 subqütb qurşağı və 2 qütb qurşağı. İ.Q. özləri də iqlim tiplərinə bölünür; məsələn: subtropik İ.Q.-na 4 iqlim tipi daxildir: Aralıq dənizi tipi, kontinental tip, musson tipi və ilboyu bərabər rütubətli tip.
Coğrafiya terminləri lüğətiyun. therapeia – müalicə
İqlim-hava amillərindən ayrı-ayrı xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilməsi.
İ.T. və profilaktikasının nəzəri əsasını ümumi iqlimşünaslığın tətbiqi sahələrindən biri olan tibbi iqlimşünaslıq təşkil edir. İ.T.-nın əsas növləri belioterapiya (günəş vannaları), aeroterapiya (hava vannaları) və talassoterapiyadır (dəniz vannaları). İ.T. kurort, pansionat, sanatoriya, istirahət evləri və s. sağlamlıq ocaqlarında tətbiq olunur.
Coğrafiya terminləri lüğətiyun. antropos – insan + yun. genos – mənşə
İnsan fəaliyyətinin təsiri nəticəsində iqlimdə mənfi dəyişikliklərin baş verməsi prosesi.
Yaşayış binaları və avtomobillərdən zəhərli qazların intensiv surətdə atmosferə tullanması, meşələrin kütləvi şəkildə qırılması, çayların qarşısının kəsilməsi və s. iqlimdə dəyişikliklərə (məsələn, istiləşməyə) səbəb olur və bu, təbii ekosistemlərin müxtəlif komponentlərinə mənfi təsir göstərir.
See also:
Coğrafiya terminləri lüğətiyun. techne – incəsənət, ustalıq + yun. genos – mənşə
Sənayenin inkişafı, infrastrukturun genişlənməsi və bununla əlaqədar istehsal tullantılarının artması, landşaftın pozulması nəticəsində iqlimin pisləşməsi.
Neftayırma, kimya, metallurgiya müəssisələrinin tullantıları atmosferdə karbon qazının konsentrasiyasını yüksəldir, sənaye qurğularında yanacağın yandırılması havanın temperaturunu qismən artırır, bunlar Yer kürəsinin təbii iqliminə bilavasitə təsir göstərir. İ.T.D. termini mənaca iqlimin antropogen dəyişməsi termininə yaxın anlayışdır.
Coğrafiya terminləri lüğətiYer kürəsində mövcud olan iqlimlərin fərqli və oxşar xüsusiyyətlərinə əsasən sistemləşdirilməsi.
Bu sistemlərdə iqlimlər əsas götürülən müəyyən cəhətlərinə görə tiplərə bölünür; məsələn, temperatur rejimi və rütubətlilik dərəcəsi üzrə təsnifatda (Köppen təsnifatı) 16 iqlim tipi var və onların çoxuna hər tip üçün səciyyəvi olan bitkilərin adları verilib. Relyef xüsusiyyətləri üzrə dağ iqlimi, arid iqlim (səhraların iqlimi), nival iqlim (buzlaqların iqlimi) və s. fərqləndirilir. Hava kütlələrinin sirkulyasiyası əsas götürüldükdə isə materik, okean, qərb sahilləri və şərq sahilləri iqlimi kimi formalar diqqəti cəlb edir. Materiklərdə kontinental iqlim tipi, okeanlarda dəniz iqlimi tipi hakimdir, qərb sahillərində musson iqlim tipinə daha çox rast gəlinir və s. Ümumiyyətlə, ilk dəfə İ.T.-nı avstriyalı coğrafiyaşünas Aleksander Zupan (1873) təklif edib. Daha sonralar müxtəlif ölkələrin alimləri – Y.Qann (1883), A.Voeykov (1884), V.Köppen (1900 və 1938), L.Berq (1924), B.Alisov (1952) və b. İ.T.-nın yeni variantlarını hazırlayıblar. Bu İ.T. sırasında ən geniş istifadə ediləni Yer kürəsini 13 iqlim qurşağına bölən B.Alisovun təsnifatlarıdır.
See also:
Coğrafiya terminləri lüğətiYer kürəsinin iqlimlərini iqlim əmələgətirən amillərin paylanması və zaman daxilində öyrənən elm sahəsi.
Yer kürəsinin müxtəlif sahələrinin iqlimlərini səciyyələndirən, onların təsnifatını yaradan, dəyişməsinin coğrafi qanunauyğunluqlarını, iqlim əmələgətirən amilləri, iqlim komponentlərini və s.-ni öyrənən elm sahəsi. İ. astronomik şəraitlə fiziki-coğrafi şəraitin mürəkkəb kompleksinin təsiri altında formalaşan atmosfer proseslərini tədqiq edir. Bu proseslər, əsasən, günəş radiasiyasının paylanmasından, həmçinin bir sıra digər təbiət hadisələrindən, antropogen amillərdən asılı olur. İ. coğrafiya elmləri sisteminə daxil olsa da, atmosfer fizikasının bir hissəsi olan meteorologiyanın əldə etdiyi nəticələrə əsaslanır. Atmosferin yuxarı təbəqələrinin iqlimini aeroiqlimşünaslıq, Yer səthinə yaxın hava təbəqəsinin iqlimini mikroiqlimşünaslıq, geoloji və tarixi keçmişin iqlimlərini isə paleoiqlimşünaslıq bölmələri öyrənir.
Coğrafiya terminləri lüğətiyun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm
İctimai-iqtisadi coğrafiyada istehsalın ərazi üzrə təşkilini, ərazi-iqtisadi strukturların formalaşması xüsusiyyətlərini öyrənən elm sahələrinin məcmusu.
İ.C.-nın əsasını əməyin coğrafi bölgüsü üzrə təlim, onun əsas anlayışlarını isə istehsalın yerləşdirilməsi, iqtisadi-coğrafi mövqe, iqtisadi rayon, ərazi-istehsalat kompleksi kimi anlayışlar təşkil edir. İ.C.-da sənayenin coğrafiyası, kənd təsərrüfatının coğrafiyası, nəqliyyatın coğrafiyası, xidmət sahələrinin coğrafiyası kimi elmi istiqamətlər mövcuddur.
Coğrafiya terminləri lüğətiyun. oikos – məkan, ev + yun. logos – elm, təlim
Mühitdə çirklənmənin qarşısının alınmasına, resursların qorunmasına, bioloji müxtəlifliyin mühafizəsinə yönəli iqtisadi mexanizmlərin öyrənilməsi ilə məşğul olan elm sahəsi, sosial ekologiyanın bölməsi.
İ.E. həmçinin insan və təbiətin qarşılıqlı əlaqəsini tənzimləyən iqtisadi metodlar işləyib hazırlayır.
Coğrafiya terminləri lüğətifr. rayon – radius, şüa
Ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən böyük ərazi.
Regionlar təbii şəraitinə, ehtiyatlarına, tarixi inkişafına, əhalinin məskunlaşması səviyyəsinə və s. xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Bunlardan asılı olaraq hər hansı istehsal, yaxud xidmət sahəsini ölkənin müəyyən hissəsində inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur. Nəticədə ərazi-əmək bölgüsü formalaşır və bu bölgü təsərrüfatın ixtisaslaşma istiqamətlərini müəyyənləşdirən başlıca amil rolunu oynayır. 1995-ci ildə Azərbaycanda aparılan iqtisadi rayonlaşmaya, əsasən, respublika 10 iqtisadi rayona bölünüb: Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran, Lənkəran-Astara və Naxçıvan.
Coğrafiya terminləri lüğəti