Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

istiləşmə

Müəyyən zaman ərzində havanın temperaturunun tədricən yüksəlməsi prosesi.

Müxtəlif geoloji dövrlərdə bu proses dəfələrlə baş verib və ətraf mühitdə, canlı aləmdə ciddi dəyişikliklərə səbəb olub; məsələn, eramızdan 11.500-12.500 il əvvəl Meyendorf və Böllinq İ.-si hadisələri qeydə alınıb.

See also:

Coğrafiya terminləri lüğəti

istilik qurşaqları

Günəşdən aldıqları enerjinin miqdarından asılı olaraq havanın qızma dərəcəsinə görə Yer səthinin bölündüyü qurşaqlar.

Bu qurşaqlar enli zolaq şəklində Yer kürəsini əhatə edir. Yeddi istilik qurşağı var. Onların sərhədləri izotermlərə əsasən müəyyən edilir. İsti qurşaqlar hər iki yarımkürənin +20°C izotermləri arasında yerləşən, yəni orta illik temperaturu +20°C-dən aşağı olmayan əraziləri əhatə edir. Mülayim qurşaqlar hər 2 yarımkürədə +20°C illik izotermlərlə +10°C aylıq izotermlər, yəni ilin ən isti ayında orta temperaturu +10°C olan ərazilərin sərhədini göstərən xətlər arasında qalan zolaqlardır. Ən isti ayın orta temperaturu +10°C-dən 0°C-dək olan və müvafiq izotermlər arasında yerləşən regionlar soyuq qurşaqlara aid edilir. İlin ən isti ayının temperaturunun 0°C olduğunu göstərən izotermlərdən qütblərə tərəf ərazilər isə daimi şaxta qurşaqlarını təşkil edir.

Coğrafiya terminləri lüğəti

işıqlanma qurşaqları

Günəşdən işıqlandırılma dərəcəsinə görə Yer səthinin bölündüyü enli zolaqlar.

Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun hərəkət orbitinin müstəvisinə nisbətən meyilliyi İ.Q.-nın formalaşmasına həlledici təsir göstərən amillərdir. Belə ki, İ.Q. bir-birindən məhz Günəşin üfüq üzərində günorta hündürlüyü və gündüzün davamiyyətinə görə fərqlənir. Beş işıqlanma qurşağı mövcuddur: bir tropik qurşaq (sərhədi 23°27´ şm.e. ilə 23°27´ c.e. arası); iki mülayim qurşaq (hər iki yarımkürədə 66°33´ ilə 23°27´ enlik dairələri arası) və iki qütb qurşağı (hər iki yarımkürədə 66°33´ enlik dairələri ilə qütblər arası). Günəş şüaları Yer səthinə 90°-lik bucaq altında ilboyu yalnız tropik işıqlanma qurşağında düşür. Bütün fəsillər ancaq mülayim İ.Q.-nda aydın müşahidə olunur. Qütb İ.Q. isə ən soyuq və az işıqlanan, qütb gecə-gündüzlərinin müşahidə edildiyi ərazilərdir.

Coğrafiya terminləri lüğəti

izobarik səth

Sərbəst atmosferdə təzyiqin eyni göstəriciyə malik olduğu sahələr.

Hava kütləsinin temperaturundan asılı olaraq yüksək və alçaq İ.S. formaları əmələ gəlir. İ.S.-in yerləşməsi, forması və yerdəyişməsinin təhlili havanın necə dəyişəcəyi barədə qabaqcadan xəbər verməyə (hava proqnozu) əsas yaradır.

Coğrafiya terminləri lüğəti