Şəxs və heyvan adları (antroponimlər və zoonimlər)
Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlər (ayrı yazılan bəy, oğlu və qızı sözlərindən başqa) böyük hərflə yazılır:
Qeyd: Xüsusi isimlər yeni normalara əsasən, cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır:
Rütbə, titul bildirən sözlər (mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s.) aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə yazılır:
Bu qayda Avropa mənşəli adlara şamil olunmur:
Rütbə, titul bildirən sözlər şəxs adından sonra gəldikdə kiçik hərflə yazılır:
Qeyd: Məhəmməd Peyğəmbər adında istisna olaraq “peyğəmbər” sözü bir çox hallarda böyük hərflə yazılır.
Heyvanlara verilən xüsusi adlar (onimlər) da böyük hərflə yazılır:
Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar:
Qeyd: Alleqorik əsərlərdə obraz adları xüsusi və ya ümumi isimlə adlandırılmasından asılı olmayaraq, adətən, böyük hərflə yazılır:
Qeyd: Bu qaydaya əməl etmək hər zaman mümkün olmur:
Orfoqrafiya normalarında bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar sırasında bəng, badə sözləri yer aldığından ümumi isimlə ifadə olunan obraz adlarının böyük, yoxsa kiçik hərflə yazılması mübahisəli məqam olaraq qalır.
Toponimlər və inzibati ərazi adları
Coğrafi adlar böyük hərflə yazılır:
Toponimlər mürəkkəb ad şəklində olduqda ilk söz(lər) böyük hərflə yazılır:
Qeyd: Coğrafi adların birləşməsindən əmələ gələn mürəkkəb sözlər defislə və hər bir söz böyük hərflə yazılır:
Coğrafi cəhət bildirən sözlər (şimal, cənub, şərq, qərb) ilkin mənasında – istiqamət və ya ərazinin müəyyən hissəsini bildirəndə kiçik hərflə yazılır:
Lakin bu sözlər ərazi bildirdikdə böyük hərflə yazılır:
Fəza cisimlərinin (bürc, qalaktika, meteorit, planet, təbii peyk, ulduz və s.) adları böyük hərflə yazılır:
Qeyd: Yazıda Ay, Günəş, Yer sözlərinin yazılışında vahid prinsipə əməl edilmir. Bədii üslubda çox zaman bu sözlər kiçik hərflə yazılır:
Ölkə, muxtar respublika, vilayət, diyar və s. coğrafi adların tərkibindəki bütün sözlər (bağlayıcılar və digər köməkçi sözlərdən başqa) böyük hərflə yazılır:
Qədim dövlət və sülalə adlarında sonuncu söz kiçik hərflə yazılır:
Yaşayış məntəqələri, küçə, meydan, abidə və s. adlarında ilk söz böyük hərflə yazılır:
Eyni qayda tarixi abidə adlarına da şamil olunur:
Qurum və vəzifə adları dövlət qurumları, ictimai və siyasi təşkilatlar, təhsil və mədəniyyət müəssisələrinin, eləcə də onların şöbə, sektor və idarələrinin adlarındakı sözlər (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) böyük hərflə yazılır:
Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:
Qeyd: Orfoqrafiya qaydalarına görə bəzi təhsil müəssisələri (universitet, kollec) böyük, bəziləri (lisey, gimnaziya, məktəb) kiçik hərflə yazılmalıdır. Bu, qaydaları yadda saxlamaqda və tətbiq etməkdə müəyyən çətinliklər yaradır.
Eyni fikri “şöbə” sözünə də aid etmək olar:
Yüksək dövlət vəzifələri bildirən mürəkkəb adlar aşağıdakı kimi yazılır:
Digər dövlət vəzifələri (nazir, sədr və s.) bildirən mürəkkəb adlarda sahə, şöbə və vəzifə bildirən sözlər kiçik hərflə yazılır:
Qeyd: Son qaydalara əsasən, nazirlik adında bütün sözlər böyük hərflə, nazirliyin rəhbərini göstərdikdə isə sahə və “nazir” sözləri kiçik hərflə yazılır:
Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır:
Aşağıdakı fəxri adlarda bütün sözlər böyük hərflə yazılır:
Dırnaq arasında yazılan adlar
Orden, medal, əsər, mətbu orqan, şirkət, brend (marka), obyekt adları dırnaqda və böyük hərflə yazılır:
Səmavi kitabların adları böyük hərflə yazılır:
Bibliya • Əhdi-cədid • Əhdi-ətiq
İncil • Quran • Tövrat • Zəbur
Qeyd: Orfoqrafiya lüğətinə görə din adları (islam, xristianlıq, iudaizm, buddizm və s.) kiçik hərflə yazılır. “İslam” sözünün böyük hərflə yazılması yanlışdır.
Allah, Pərvərdigar, Xuda, Tanrı sözləri böyük hərflə yazılır. Bu mənada “çoxallahlılıq” sözü yanlış ifadədir. “Çoxilahlılıq” yazmaq daha düzgün olardı. Politeizmdən söhbət gedəndə “dəniz allahı”, “səma allahı” kimi ifadələr də yanlışdır. Belə ki, mifologiyada ilahi qüvvələrin adında “ilah”, “ilahə” sözləri işlənilməlidir.
Tarixi hadisə, dövr adlarının birinci sözü böyük hərflə yazılır:
Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır:
Tarixi gün və bayram adları:
Tarixi günlərin adlarında bütün sözlər böyük hərflə yazılır:
Bu adlarda ayın gününü bildirən sözlər işlənirsə, say bildirən birinci söz böyük hərflə, ayın adını bildirən söz kiçik hərflə yazılır:
Say bildirən sözlər rəqəmlə göstərilərsə, ay adı böyük hərflə yazılır:
Bayram adlarında əsas söz böyük, “bayram” sözü kiçik hərflə yazılır:
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.