Ümumi prinsip
Cümlələrdə elə söz və ifadələrə rast gəlinir ki, qrammatik, semantik mənalarına görə cümlənin sintaktik strukturunda özünə yer tapmır, yəni cümlə üzvü və ya komponenti kimi çıxış etmir, çox zaman xüsusi intonasiya ilə ətrafdakı sözlərdən ayrılır, belə demək mümkünsə, xüsusiləşir. Belə söz və ifadələrdən biri də ara sözlərdir.
İzahlı lüğətlərdə “modal söz” kimi qeyd olunan sözlərə rast gəlinir: bəlkə, nəhayət, ümumiyyətlə və s. Modal sözün cümlədə funksiyası haqqında danışanda ona ara söz deyirlər. Ara sözlər yalnız söz deyil, söz birləşməsi, cümlə şəklində ola bilər: yeri gəlmişkən, başqa sözlə, yuxarıda qeyd edildiyi kimi, görünür, demək olar və s. Beləliklə, bütün modal sözlər cümlədə ara söz qismində çıxış edir, lakin ara sözlərin hamısı modal söz deyil.
Ara söz danışanın öz fikrinə münasibətini bildirir. Hər halda, orta məktəb dərsliklərində belə deyilir. Bu tərif cümlədə ara sözü fərqləndirməyə hər zaman imkan vermir. Onu müəyyən etmək isə vacibdir, çünki qaydaya görə ara sözlər cümlədə vergüllə digər sözlərdən ayrılır.
İlk növbədə bilməliyik ki, ara söz 1) heç bir suala cavab vermir, 2) cümlə üzvü olmur, 3) cümlənin konkret bir üzvü ilə deyil, ifadə olunan ümumi fikirlə bağlı olur, 4) ətrafındakı sözlərdən pauza ilə ayrılır. Onları semantik funksiyasına görə üç qrupa bölmək olar:
1. Danışanın fikrinə münasibətini bildirən ara sözlər;
2. Əvvəlki fikirlə əlaqəni vurğulayan ara sözlər;
3. Fikrin mənbəyini bildirən ara sözlər.
Bu təsnifat kifayət qədər şərtidir, sadəcə, sözügedən qrammatik kateqoriya haqqında təsəvvür yaratmaq üçün təqdim olunur.
Ara sözlərin semantik funksiyaları
Ara sözlərin əksəriyyəti danışanın fikrə münasibətini bildirir.
a) Şübhə, ehtimal ifadə edir: yəqin, bəlkə, tutaq ki (tutalım), ola bilsin, böyük ehtimalla, yoxsa, olmaya, çətin ki və s.
b) Əminlik ifadə edir: şübhəsiz, sözsüz, təbii, əlbəttə, həqiqətən, doğrudan da və s.
c) Təəssüf ifadə edir: heyif (ki), təəssüf (ki).
d) Razılıq, məmnunluq ifadə edir: yaxşı ki.
e) Etiraf ifadə edir: düzü, açığı, doğrusu.
f) Güzəşt, bəraət ifadə edir: düzdür, doğrudur, hərçənd, əslində, onsuz da, heç olmasa.
g) Qeyri-müəyyənlik (təqribilik) ifadə edir: demək olar (ki), bir növ, az qala.
h) Təəccüb, maraq, sual ifadə edir: maraqlıdır, qəribədir.
Qeyd: Bu ifadələri bəzən mürəkkəb cümlənin komponenti kimi də qəbul edirlər. Amma istənilən halda onlar vergüllə ayrılır.
Bəzi ara sözlər əvvəlki fikirlə əlaqəni vurğulayır, yeni fikrə “ayaq verir”. Onları iki qismə bölmək olar:
Qeyd: Bu sözlərin bir çoxu semantik funksiyasına görə bağlayıcılarla çox yaxındır.
2. Əvvəlki fikirləri ümumiləşdirmək, yekunlaşdırmaq, nəticə çıxarmaq məqsədilə işlədilir: ümumiyyətlə, xülasə, beləliklə (beləcə), nəhayət, axır ki, deməli (demək), bir sözlə, nə isə, müxtəsər, qısası və s.
Bəzi ara sözlər fikrin mənbəyini bildirir: deyilənə görə, fikrimcə, zənnimcə, ... demişkən, mən bilən, sən bilən, özünün dediyinə görə, yuxarıda qeyd edildiyi kimi, əvvəl də dediyimiz kimi və s.
Bəzən ara sözlərin cümlədə funksiyasını təyin etmək çətin olur:
Beləliklə, ara sözlərin əsas qrammatik xüsusiyyəti onların cümlədə xüsusiləşməsi, sintaktik konstruksiyaya daxil olmaması, cümlə üzvü rolunda çıxış etməməsidir.
Sözlərin kontekstdən asılılığı
Dildə söz və ifadələrin modallaşması daimi prosesdir: bir çox leksik vahidlər ilkin mənalarını saxlamaqla yanaşı, yeni semantik çalarlar qazanaraq ara söz kimi də işlənir. Buna görə də ara sözləri çox zaman yalnız cümlədəki funksiyasına görə fərqləndirmək mümkündür. Məsələn,
Bu cür söz və ifadələrin qrammatik funksiyası kontekstdən asılı olaraq dəyişir. Bu vaxt fərqli punktuasiya qaydaları tətbiq olunur.
Yoxsa
Bağlayıcı funksiyasında:
Ara söz funksiyasında (“olmaya” ara sözünün sinonimi):
Yəqin
Zərflik funksiyasında (“dəqiq” mənasında):
Ara söz funksiyasında (“çox güman ki” mənasında):
Sözsüz
Zərflik funksiyasında:
Ara söz funksiyasında:
Bu arada
Zərflik funksiyasında (“bu vaxt” ilə əvəz oluna bilər):
Ara söz funksiyasında (“yeri gəlmişkən” ara sözünün sinonimi):
Göründüyü kimi
Zərflik funksiyasında:
Ara söz funksiyasında:
Sadəcə
Təyin funksiyasında:
Ara söz funksiyasında:
Bir də
Bağlayıcı funksiyasında (“həm də” mənasında):
Zərflik funksiyasında (“heç vaxt”, “bundan sonra” mənalarında):
Ara söz funksiyasında (“bir də ki” kimi də işlənir):
Bir sözlə
Zərflik funksiyasında:
Ara söz funksiyasında:
Yuxarıdakı nümunələr göstərir ki, bir çox hallarda ara sözləri cümlə üzvləri ilə səhv salmamaq və onların fasilə ilə ayrıldığını göstərmək üçün vergüldən istifadə vacibdir. Bu, cümlənin rahat oxunmasını təmin edir. Bununla belə, ara sözlərin təyin olunmasında çətin anlaşılan, mübahisəli məqamlar da az deyil.
Ara söz, yoxsa bağlayıcı?
Ara sözlərin bir sıra başqa nitq hissələri ilə qrammatik, semantik oxşarlığı var. Xüsusilə əvvəlki fikirlə əlaqəni vurğulayan ara sözlər qrammatik funksiyasına görə bağlayıcılarla çox yaxındır.
Sanki, elə bil (ki), guya (ki). Məktəb dərsliklərində verilən qaydalara görə bu modal sözlərdə vergüldən istifadə olunmur. Belə hesab edilir ki, onlar, adətən, mürəkkəb cümlənin komponentləri arasında işlənir və bu halda daha çox bağlayıcı funksiyasını yerinə yetirir:
İntəhası, hərçənd, di gəl (ki) sözləri cümlələrdə çox zaman bir-birini əvəz edə bilir. Onların bağlayıcı, yoxsa ara söz olması mübahisə doğurur. İntəhası sözü izahlı lüğətdə modal söz kimi verilib. Bəzi dilçilər (məsələn, Q.Kazımov) “di gəl ki”ni bağlayıcı kimi təqdim edir. Bu sözlərdən sonra vergülün işlənməsi sərbəstdir və müəllifin öhdəsinə buraxılır:
Aşağıdakı cümlədə hərçənd sözünün bağlayıcı olduğu bariz görünür:
Bəzi kontekstlərdə isə bu sözü ara söz kimi də qəbul etmək olar:
Bir tərəfdən..., digər tərəfdən..., bir yandan..., o biri yandan... ifadələrini də çox zaman ara söz hesab edərək yazıda onlardan sonra vergül qoyurlar. Əslində, bu sözlər, əsasən, həmcins üzvlər arasında bağlayıcı funksiyasını (iştirak) yerinə yetirir. Belə olduqda vergülə ehtiyac qalmır.
Bununla belə, həmin sözlər cümlə komponentlərini bağlayanda cümlədəki ümumi fikrə aid olur. (Müqayisə et: “əvvəla..., ikincisi...”) Beləliklə, cümlədə intonasiya baxımından xüsusiləşmə baş verir:
Bəzən isə bu ifadələr zərflik rolunda olduğuna görə vergül qoyulmur:
Ara söz funksiyasında:
Bağlayıcı funksiyasında:
Xüsusilə sözü bəzi mənbələrdə ara söz kimi qələmə verilir. Halbuki bu sözün cümlədəki qrammatik funksiyası bir çox hallarda o cümlədən, eləcə də, məsələn sözləri ilə eynidir: bağlayıcı kimi cümlə üzvü ilə əlavəsi və ya ümumiləşdirici sözlə həmcins cümlə üzvləri arasında işlənir. Bu sözlər yalnız semantikasına görə fərqlənir.
Xüsusilə cümlə üzvünə aid əlavələri VURĞULAYIR:
Məsələn ümumi anlayışa aid NÜMUNƏLƏR GƏTİRMƏK üçün işlədilir:
Eləcə də, o cümlədən əlavələrin İŞTİRAKINI İFADƏ EDİR:
Beləliklə, “xüsusilə” sözünü ara söz kimi qəbul etmək düzgün olmazdı, çünki bu söz bir çox hallarda cümlədəki ümumi fikrə deyil, ayrı-ayrı sözlərə aid olur. Buna görə də ondan sonra vergülə ehtiyac duyulmur:
Ara söz, yoxsa cümlə üzvü?
Deyildiyi kimi, ara söz cümlənin ifadə etdiyi fikirlə bağlı olur. Cümlədəki fikrin əsas daşıyıcısı isə xəbərdir. Ona görə də ara söz çox zaman zərfliklə səhv salınır.
Təqribən, təxminən sözləri qeyri-müəyyənlik (təqribilik) ifadə etsə də, cümlədəki ümumi fikirlə deyil, konkret cümlə üzvü ilə bağlı olur. Ümumiyyətlə, -ən şəkilçisi, əsasən, zərf düzəldən şəkilçidir. Bu şəkilçi ilə düzələn bir sıra sözlərdə (əksərən, əsasən) modallaşma hiss olunsa da, onlar çox vaxt ilkin funksiyasını saxlayır, yəni hərəkəti izah edir. Bəlkə də, buna görə təqribən, təxminən sözləri “Azərbaycan dilinin izahlı lüğəti”ndə zərf kimi təqdim olunub. Hərçənd bu sözlər xəbərə (hərəkətə) deyil, daha çox kəmiyyət, ölçü bildirən sözlərə aid olur, onların təqribiliyini bildirir, cümlədə xüsusi intonasiya ilə ayrılmır. Ona görə də bir çox hallarda onları ara söz kimi qəbul etmək, vergüllə ayırmaq düzgün olmazdı:
Müqayisə et:
Bu cümlədə insafən ümumi fikrə münasibət ifadə edir.
Adətən, əsasən, əksərən sözlərini cümlədə çox vaxt, bir çox hallarda, əksər hallarda, daha çox kimi ifadələrlə əvəz etmək mümkündür. Bu söz və ifadələrin morfoloji mənsubluğu və cümlədəki qrammatik funksiyası ilə bağlı mübahisə etmək olar, lakin elmi mənbələrdə onlar ara söz və ya modal söz hesab edilmir, izahlı lüğətdə isə zərf kimi təqdim olunur. Ona görə də qrammatik baxımdan bu sözləri vergüllə ayırmaq məntiqli görünmür. Bu sözlərin əsas funksiyası fikrə münasibət bildirmək deyil, özündən sonra gələn sintaqmı vurğulamaqdır.
Digər tərəfdən, bir qayda olaraq ifadəsini də bu sözlərin qrammatik sinonimi kimi qəbul etmək olar. Lakin bu ifadədə xüsusiləşmə daha çox hiss olunur, ona görə də yazıda çox zaman vergüllə ayrılır:
Bütün bunlarla yanaşı, dildə sözlərin modallaşması daimi prosesdir, ona görə də bu sözlərdə vergülün işlənməsini yazanın ixtiyarına buraxmaq daha düzgün olardı.
Əsasən qoşma kimi də işlənərək cümlə üzvü və ya ara söz yaradır:
Birinci cümlədə “Eynşteynə əsasən” fikrin mənbəyini bildirir. İkinci cümlədə isə “mətnə əsasən” fikrin mənbəyini bildirmir, hərəkətin necə icra olunduğunu ifadə edir, yəni qoşma qoşulduğu sözlə birlikdə zərflik rolunda çıxış edir.
İlk növbədə ifadəsini bir çox hallarda “əvvəlcə” zərfi ilə əvəz etmək mümkündür:
Bəzi cümlələrdə isə bu ifadəni “məhz”, “xüsusilə” sözləri ilə əvəz etmək olur. Belə olduqda o, cümlədəki ümumi fikrə deyil, konkret sözə aid olur və ədat funksiyasını daşıyır:
Beləliklə, bu ifadənin də vergüllə ayrılması kontekstə bağlıdır və daha çox pauza ilə müəyyən olunur:
Ara söz, yoxsa ədat?
Ədatla modal sözü fərqləndirmək bəzən çətin olur. Təsadüfi deyil ki, hərdən yazıda bəs, hətta, axı və s. bu kimi ədatları səhvən modal söz hesab edib vergüllə ayırırlar. Dilçilər özləri də bəzən eyni sözləri gah modal söz, gah ədat, gah da bağlayıcı funksiyasında təqdim edir, ya vergüllə, ya da vergülsüz yazırlar.
Bu iki qrammatik kateqoriyaya xas olan keyfiyyət cümləyə emosionallıq gətirməkdir. Lakin modal sözü ədatdan (eləcə də bağlayıcıdan) fərqləndirən əsas xüsusiyyət onun daha aydın hiss olunan semantikaya malik olması və cümlədə intonasiya ilə xüsusiləşməsidir.
Bəli, xeyr, hə, yox sözləri dilçilikdə ədat kimi qəbul olunub, hərçənd onlara təsdiq və ya etiraz (danışanın münasibəti) ifadə edən modal söz də demək olar. Axı ədata nisbətən modal sözün leksik-semantik çaları daha barizdir. Amma fərqi yoxdur – modal söz, ya ədat: bu sözlər cümlədə vergüllə ayrılır:
Morfoloji mənsubluq baxımından mübahisə doğuran sözlərdən biri də doğrudan(mı), görəsən, əcəba köməkçi sözləridir.
Bax: "Doğrudan(mı)" sözü cümlədə vergüllə ayrılırmı?
Bir sıra elmi mənbələrdə görəsən, əcəba sözləri modal sözlər arasında yer alır. Lakin akademik izahlı lüğətdə hər iki söz ədat kimi təqdim olunur. Ona görə də bu sözlərin cümlədə vergüllə ayrılması məcburi sayılmır. Bu sözlər də “doğrudan(mı)” kimi sual semantikasını gücləndirir:
Beləliklə, semantika, kontekst faktoru öz “hökmranlığını” hər zaman diktə edir:
Bu kontekstdə ədat kimi qəbul etdiyimiz “bax” sözü “təsəvvür et” ara sözünün əvəzedicisi kimi çıxış etdiyindən vergüllə ayrılır.
Aşağıdakı cümlələrdə ümumiyyətlə sözünün semantikasına diqqət yetirək:
1-ci cümlədə “ümumiyyətlə” sözü ümumiləşdirmə bildirir (bir sözlə, qısası), 2-ci cümlədə isə heç ədatının funksiyasını daşıyır.
Bəzən eyni qrammatik funksiya daşıyan müxtəlif sözlər semantik çalarına və intonasiyasına görə azacıq fərqləndiyindən fərqli punktuasiya qaydaları tətbiq olunur:
Müşahidələr göstərir ki, modal sözlər da, də, isə köməkçi sözləri ilə işlənəndə çox zaman vergül qoyulmur. Lakin qaydaya görə ədatın modal sözə qoşulmağı onu vergüldən “azad etmir”:
Bəzən yaxşı ki ifadəsinin vergüllə ayrılması da mübahisə doğurur, çünki bu ifadədə çox zaman fasilə hiss olunmur. Lakin nəzərə almaq lazımdır ki, yaxşı ki danışanın öz fikrinə münasibətini (məmnunluğunu) ifadə edir, ona görə vergüllə ayrılmalıdır:
Bəzən hər hansı söz və ya ifadənin sintaktik funksiyasını müəyyənləşdirə bilməyəndə onu ara söz kimi qəbul edərək vergüllə ayırırlar. Bununla belə, bir çox hallarda vergülün işlənməsi qaydalarla tənzimlənmir və burada müəllifə sərbəstlik vermək daha düzgün olardı:
Deyildiyi kimi, modal sözlər əsrlər boyu dilin təkamülü nəticəsində müxtəlif nitq hissələrindən törəyib və bu proses indi də davam edir:
Bir çox ifadələr var ki, onlar sanki modallaşmağa və ya xüsusiləşməyə doğru gedir, lakin bu proses hələ başa çatmayıb: hər halda, ilk baxışda, istənilən halda, bundan başqa, onsuz da, xoşbəxtlikdən və s. Bu cür ifadələrin işlənməsində vergüldən istifadə sərbəstdir:
Ara sözlərin birmənalı şəkildə vergüllə ayrılması iddiası yazarı vadar edir ki, mətnin məzmunu ilə yanaşı (bəlkə də, daha çox), qrammatik kateqoriyalar haqqında düşünsün. Müşahidələr göstərir ki, yazı praktikasında bu cür sözlərin vergüllə ayrılmasında müəyyən sərbəstlik var. Son dövrdə başqa dillərdə də ara sözlərlə bağlı vergülün işlənməsi qaydaları “yumşalır”, müəllifin öhdəsinə buraxılır.
Bir daha qeyd edirik ki, vergül fikrin asan qavranılmasına xidmət etməli, cümlənin hissələri arasında pauzanı vurğulamalıdır. Ara sözlərlə bağlı durğu işarələrindən istifadədə bu ümumi prinsiplərdən çıxış etmək lazımdır.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.