Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Mərkəzi Amerikada yerləşir, şimalda Meksika, şərqdə Beliz Honduras, cənubda isə Sakit Okean ilə sərhədlənir.

2. Dövlət quruluşu

Prezidentli respublikadır. Hazırda (2025-ci il) prezident Bernardo Arevalodur.

3. İqtisadiyyatı

İqtisadiyyatı əsasən kənd təsərrüfatı, sənayexidmət sektoruna əsaslanır. Əsas ixrac məhsulları qəhvə, banan, şəkər qamışı, tərəvəz və geyim məhsullarıdır. ABŞ isə əsas ticarət tərəfdaşıdır. Ölkəyə daha çox pul köçürmələri miqrantlardan gəlir. Ölkə Mərkəzi Amerikanın ən böyük iqtisadiyyatlarından biri olsa da, əhali arasında yoxsulluq və bərabərsizlik yüksəkdir.

4. İqlimi və təbiəti

Ölkə tropik və subtropik iqlimə malikdir. Ölkənin sahilyanı bölgələri isti və rütubətlidir, dağlıq ərazilərdə isə iqlim daha sərin olur. Qvatemala vulkanlar, yağış meşələri və dağlarla zəngindir. Burada yaquar, tukan, tapir kimi nadir heyvanlar yaşayır. Bitki örtüyü isə əsasən tropik meşələrdən və savannalardan ibarətdir.

5. Görməli yerləri

Tikal milli parkı (məşhur Maya xarabalıqları), Antigua şəhəri (kolonial dövr memarlığı), Atitlan gölü, Semuq Çampey təbii hovuzları və Akatenango vulkanı turistlərin diqqətini çəkən yerlərdir.

6. Təhsil sistemi

Təhsil ibtidai (6 il), orta (3+3 il) və ali pillələrdən ibarətdir. İbtidai təhsil pulsuzdur, amma kənd yerlərində əlçatanlıq aşağıdır. Ən böyük universitet San-Karlos Universitetidir.

Ölkənin əsas universitetləri: San-Karlos Universiteti, Francisco Marroquin Universiteti, Del Valle Universiteti, Galileo Universiteti, Mesoamerika Universiteti.

7. Mədəniyyəti

Mədəniyyəti Maya və ispan irsinin qarışığından formalaşıb. Ölkə rəngarəng milli geyimləri, toxuculuq sənəti, musiqisi və festivalları ilə tanınır. Marimba ölkənin ənənəvi musiqi alətidir. Qvatemala mətbəxi tamale, pepian və tortillas kimi yeməklərlə zəngindir. Hər il keçirilən "Dia de los Muertos" (Ölülər günü) və "Feria de Jocotenango" kimi festivallar mədəniyyətin vacib hissələridir. Maya mirası isə Tikal və digər qədim şəhərlərdə qorunur.