Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Ukrayna Şərqi Avropada yerləşir. Şimaldan Belarus, şimal-şərqdən və şərqdən Rusiya, qərbdən Polşa, Slovakiya Macarıstan, cənub-qərbdən Rumıniya Moldova ilə həmsərhəddir. Cənubdan Qara dəniz Azov dənizi ilə əhatələnir.

2. Dövlət quruluşu

Unitar respublikadır. Hazırda (2025-ci il) prezident Volodimir Zelenskidir.

3. İqtisadiyyatı

Ukrayna aqrar-sənaye ölkəsidir və iqtisadiyyatı əsasən kənd təsərrüfatı, metallurgiya, maşınqayırma və enerji sektoruna əsaslanır. Ölkə dünyanın ən böyük taxıl ixracatçılarından biridir, xüsusilə buğda, qarğıdalı və günəbaxan yağı istehsalı ilə tanınır. Zəngin kömür və qaz ehtiyatları var. 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi iqtisadiyyatının zəifləməsi, infrastrukturun dağılmasına və ÜDM-in azalmasına səbəb olub.

4. İqlimi və təbiəti

Ölkə mülayim kontinental iqlimə malikdir. Qara dəniz sahillərində isə subtropik xüsusiyyətlər göstərir. Qışlar soyuq, yaylar isti və rütubətlidir. Yanvar ayında temperatur -8°C-dən 0°C-yə, iyulda isə 18-25°C arasında dəyişir. Ölkənin təbiəti zəngindir. Dnepr çayı Ukraynanın ən böyük çayıdır və ölkəni iki hissəyə ayırır. Qara dəniz Azov dənizi sahilləri isə dəniz turizmi üçün əlverişlidir.

5. Görməli yerləri

Kiyev Peçersk Lavrası, Müqəddəs Sofiya Katedrali, Lvovun tarixi mərkəzi, Odessanın Dəryazlı Pilləkəni, Çernobil Muzeyi turistlər üçün maraqlı yerlərdəndir.

6. Təhsil sistemi

Təhsil üç əsas pillədən ibarətdir. Məktəbəqədər təhsil 3-6 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Orta təhsil 11 illikdir və ibtidai (1-4-cü siniflər), əsas (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) mərhələlərə bölünür. Ali təhsil universitetlər, akademiyalar və institutlar tərəfindən verilir. Ölkədə Bologna Təhsil Sistemi tətbiq olunur.

Ölkənin əsas universitetləri: Taras Şevçenko adına Kiyev Milli Universiteti, Ukrayna Milli Texniki Universiteti, Xarkov Milli Universiteti, Lvov Milli Universiteti, Dnepr Milli Universiteti, Odessa Milli Universiteti.

7. Mədəniyyəti

Mədəniyyəti zəngin xalq musiqisi, rəqsləri (hopak), ənənəvi geyimləri (vyşyvanka) və dadlı mətbəxi (borsç, vareniki) ilə tanınır. Ədəbiyyat və incəsənət də ölkənin mədəniyyətində mühüm yer tutur. Tarix boyu Taras Şevçenko, İvan Franko Lesya Ukrayinka kimi yazıçılar və şairlər Ukrayna dilinin və milli kimliyinin qorunmasına töhfə vermişlər. Pravoslav xristianlığı mədəniyyətində mühüm rol oynayır və Kiyev Peçersk Lavrası, Müqəddəs Sofiya Katedrali kimi dini abidələr məşhurdur.