Dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş, geniş xarici ticarət əlaqələrinə malik ölkənin iqtisadiyyatı.
A.İ. termininin müxtəlif məzmunlu geniş izahları mövcuddur. Bu izahlar əsasında A.İ. tipini səciyyələndirən başlıca elementləri ümumiləşdirmək mümkündür: ölkəyə kapital qoyuluşunu stimullaşdıran əlverişli investisiya mühiti; ölkə iqtisadiyyatında ixrac yönümlü sahələrin olması; xarici iqtisadi əlaqələrdə ixtisaslaşma və beynəlxalq bazarda rəqabətədavamlılıq; informasiya və texnologiyaların açıq mübadiləsi; iqtisadiyyat sahəsində milli və beynəlxalq hüquq normalarının uyğunluğu; əsas mallara (xidmətlərə) daxili və xarici qiymətlərin nisbi uyğunluğu.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti