Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qapalı iqtisadiyyat

Xarici ticarət əlaqələrindən tam, yaxud əhəmiyyətli dərəcədə təcrid olunmuş, daxili bazarın tələbatını müstəqil şəkildə ödəməyə yönəldilmiş iqtisadiyyat.

Q.İ.-da ixracidxal əməliyyatları, demək olar ki, həyata keçirilmir, əməyin beynəlxalq bölgüsündə iştiraka yol verilmir. Belə iqtisadiyyat dövlət nəzarətinin, mərkəzləşmənin olduqca güclü olduğu rejimlərdə mümkündür. Reallıqda Q.İ.-a malik ölkələr azdır və getdikcə azalır. Keçmiş SSRİ, XX əsrin son rübünə qədər Çin Q.İ. ölkələrinə misaldır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti