Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

adlıq hal

İsmin altı halından biri: əşyanın yalnız adını gös­tərmək vəzifəsini daşıyan, heç bir xüsusi morfoloji əlaməti olmayan hal.

Adlıq halda olan isimlər cümlədə mübtəda, xəbər və təyin vəzifəsində çıxış edir: Tamaşa başlandı. Maraqlı kitabdır. Birdən dəmir darvaza açıldı. Adlıq halda olan isimlər qoşmalarla da işlənir; məs.: alim kimi  (ilə, qədər, üçün) və s. Belə isimlər xitab kimi də işlənə bilir: Ovçu, insaf elə, keçmə bu düzdən... (S.Vurğun).

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti