Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

affenpınscher

alm. “affen” – meymun

Məlum olan ən qədim alman it cinslərindən biri.

Əcdadları tam olaraq bilinmir. Fransada A. cinsi “diablotin moustachu” (fran. “bığlı kiçik şeytan”) adı ilə tanınır. Orta Avropada XVII əsrdə mətbəx və anbarlarda siçovulları tutmaq üçün istifadə edilən it cinsi olmuşdur. Ölçüsü balaca olduğu üçün xüsusilə qadınlar tərəfindən çox alınır. Hazırda nadir növ hesab olunur. Ev şəraitində yaşaması inkişafına yaxşı təsir göstərir. Aktiv, enerjili, gündəlik qısa gəzintilərə ehtiyac duyan, cəsur və inadcıl it cinsi hesab olunur.

Biologiya terminlərinin izahlı lüğəti